Paris yenə büdcəsiz qaldı...
17.01.2026 [09:15]
Tibb ictimaiyyəti etiraza qalxıb
Fransa hökuməti 2026-cı il büdcəsi ilə bağlı Milli Assambleyada aparılan müzakirələri yanvarın 20-dək təxirə salıb. Hakimiyyət hesab edir ki, indiki siyasi şəraitdə büdcə layihəsinin səsvermə yolu ilə qəbul edilməsi mümkün deyil. Hökumət bazar ertəsi üçün planlaşdırılan debatları ləğv etdiyini açıqlayıb. Baş nazirə yaxın mənbələr bildirir ki, məqsəd bu müddətdə etimadsızlıq səsverməsinin qarşısını ala biləcək siyasi şərtləri formalaşdırmaqdır. Əks halda, hökumət ya büdcəni səsvermədən kənar qəbul etdirmək üçün 49.3-cü maddəni işə salacaq, ya da büdcə sərəncamı yoluna əl atacaq.
Müxalifət isə bu mövqeyi sərt tənqid edib. Maliyyə komissiyasının müxalif LFI-dən olan sədri Erik Kokerel bildirib ki, hökumət məsuliyyəti Milli Assambleyanın üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır.
Hökumət başçısına yaxın mənbələr iddia edir ki, hansı mexanizmin seçilməsindən asılı olmayaraq, büdcə fevralın ortasından tez qəbul olunmayacaq. Halbuki Prezident Emmanuel Makron yanvarın sonuna qədər büdcənin qəbul ediləcəyinə ümid edirdi və ordulara ünvanladığı yeni il müraciətində Fransanın yenidən silahlanmasını sürətləndirmək üçün maliyyə qanununun qəbulunun vacibliyini vurğulamışdı.
Bu arada Fransada həkimlərin tətili fonunda hökumətin xəstəlik məzuniyyətlərinin daha sərt şəkildə tənzimlənməsi planından geri çəkilməsi tibb ictimaiyyətində ehtiyatla qarşılanır. On gündür davam edən səfərbərlikdən sonra səhiyyə naziri Stefani Rist “France Inter” radiosunda çıxış edərək, liberal həkimlərin tələbləri ilə bağlı müəyyən güzəştlərin edildiyini bildirib. Azad Tibb Uğrunda Fransa İttifaqının prezidenti Jerom Marti isə “franceinfo”ya açıqlamasında hökumətin mövqeyini təmkinlə dəyərləndirib: “Bu gün hər şey çox kövrəkdir. Bir sıra maddələr üzrə deyilən sözlər düzgün istiqamətə gedir, amma sözlə əməl arasında hələ böyük fərq var. Yanvarın 5-dən başlayan liberal həkimlərin tətilinə cavab olaraq nazirliyin verdiyi vədlər hələ real təminat demək deyil”.
Səhiyyə naziri Stefani Rist liberal həkimlərin həmkarlar ittifaqları ilə görüşərək, onların əsas tələblərinə aid olan tədbirləri müzakirə edib.
Qeyd edək ki, hökumət səhiyyə qurumlarına və Xəstəlik Sığortasına müəyyən tibbi xidmətlərin tariflərini birbaşa müəyyən etmək səlahiyyəti verən mexanizmdən də geri çəkilir. Jerom Marti isə hazırkı hökumətin siyasi baxımdan zəif mövqedə olduğunu xatırladaraq xəbərdarlıq edib ki, əgər bu qanunlar qəbul olunsa, güclü etiraz dalğası yenidən başlaya bilər.
O vurğulayıb ki, həkimlər bəyanatlarla kifayətlənmək istəmirlər. “Biz konkret öhdəliklər tələb edirik. Bu gün bir məktub və mətbuat açıqlaması alacağıq, bundan sonra hərəkatın davamı ilə bağlı mövqeyimizi açıqlayacağıq”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

