Avropada Çin məhsullarına 30 faiz rüsum tətbiq edilməsi təklif olunur
10.02.2026 [22:50]
Avropa sənayesinin sürətlə zəifləməsi Fransa hökumətində ciddi narahatlıq doğurur. Strategiya və Planlaşma üzrə Ali Komissarlıq rəhbəri Kleman Bon Çin sənayesinin Avropa üçün yaratdığı təhlükə ilə bağlı sərt xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Kleman Bonun sözlərinə görə, Fransa son iyirmi il ərzində Çin sənayesinin təzyiqi altında dərin sənayesizləşmə mərhələsi yaşayıb.
Tekstil, məişət texnikası və elektronika kimi sahələrdə müşahidə olunan bu geriləmə artıq yalnız Fransaya deyil, bütün Avropa İttifaqına, hətta daha kəskin şəkildə Almaniyaya da aiddir. O vurğulayıb ki, bu proses hələ başa çatmayıb.
Ali komissar bildirib ki, Çinin istehsal xərcləri Avropa ilə müqayisədə 30–40 faiz daha aşağıdır və bu, artıq təkcə qiymət deyil, keyfiyyət baxımından da ciddi rəqabət yaradır. O, xüsusilə elektrik avtomobillərini nümunə göstərərək xəbərdarlıq edib.
“Əgər biz baş verənlərə güclü ticarət qalxanı ilə cavab verməsək, bu, ümumilikdə Avropa sənayesi üçün ölüm təhlükəsidir. Bu təhlükənin qarşısını almaq üçün Çin məhsullarına 30 faiz gömrük rüsumu tətbiq edilməsini təklif edirəm. Bununla yanaşı, Fransada kiçik bağlamalar üçün nəzərdə tutulan 2 avroluq verginin və Avropa səviyyəsində planlaşdırılan 3 avroluq rüsum qüvvədə saxlanılmalıdır. Çin rəqabəti Fransa və Avropa sənayesinin tənəzzülünün əsas səbəblərindən biridir. Hər sahədə ayrı-ayrı deyil, ümumi və sürətli bir mübarizə planı vacibdir. Bəzi sahələr tamamilə yox olub. Bir neçə ay ərzində yüz minlərlə iş yeri itirilib”, – deyə o qeyd edib.
Ali komissar günəş panelləri sektorunu misal çəkərək xatırladıb ki, Avropa 2010-cu illərin əvvəllərinə qədər bu sahədə dünya lideri idi, lakin cəmi üç il ərzində bazardan tamamilə silinib. Sənayesizləşmənin məşğulluğa təsiri isə xüsusilə Almaniyada özünü göstərir. Onun sözlərinə görə, bu ölkədə hər ay təxminən 10 min sənaye iş yeri bağlanır. Kleman Bon etiraf edir ki, “Shein” kimi platformalarda satılan məhsullar istehlakçılar üçün daha ucuzdur. Lakin o xəbərdarlıq edir ki, əsas problem uzunmüddətli nəticələrdir: “Əgər sabah kiçik ticarətdə, moda sənayesində və ümumilikdə sənayedə on minlərlə iş yeri yox olarsa, istehlakçı sadəcə mövcud olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

