Çində həkimlər ürəyi 40 saat dayanmış pasiyenti xilas ediblər
23.04.2026 [17:19]
Çjetszyan Universitetinin İkinci Xəstəxanasının həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox döyünməyən pasiyenti xilas ediblər.
AZƏRTAC xəbər verir ki, hadisə barədə Çinin “Sohu” nəşri məlumat yayıb. Təxminən 40 yaşlı kişi sinədə sıxılma hissi və nəfəs darlığı şikayətləri ilə klinikaya yerləşdirilib. Qısa müddət sonra ehtimal olunur ki, onda qəfil sürətli miokardit nəticəsində ürək dayanması baş verib. Miokardit ürək əzələsinin ağır iltihabıdır və çox vaxt virus infeksiyası ilə əlaqəli olur.
Təcili yardım şöbəsinin aparıcı həkimi Lu Syaonun sözlərinə görə, pasiyentdə davamlı mədəcik fibrillyasiyası müşahidə olunurdu. Bu, ürəyin qanı səmərəli şəkildə vurmasına imkan verməyən təhlükəli ritm pozuntusudur. Defibrilyasiya vasitəsilə ritmi bərpa etmək üçün təxminən on dəfə cəhd göstərilsə də, nəticə əldə olunmayıb. Pasiyentin həyati funksiyaları yalnız aparat vasitəsilə saxlanılırdı.
Həkimlər pasiyenti ekstrakorporal membran oksigenasiyası (EKMO) sisteminə qoşublar. Bu sistem müvəqqəti olaraq ürək və ağciyərlərin funksiyalarını öz üzərinə götürür. Bununla yanaşı, qan dövranını saxlamaq və tromb yaranmasının qarşısını almaq üçün əlavə üsullar da tətbiq olunub.
40 saatdan çox davam edən intensiv terapiyadan sonra pasiyentin ürəyi tədricən bərpa olunmağa, ritm isə normallaşmağa başlayıb. EKMO aparatı orqanizmi təxminən 10 gün dəstəkləməyə davam edib, bundan sonra onu ayırmaq mümkün olub. Təxminən 20 gün sonra pasiyent özünə gəlib və ciddi ağırlaşmalar müşahidə olunmadan xəstəxanadan evə buraxılıb.
Həkimlər bildirirlər ki, nadir rast gəlinən belə hallar müasir tibbi texnologiyaların, mütəxəssislərin birgə və çevik fəaliyyəti, həmçinin uğurlu şəraitin bir araya gəlməsini tələb edir. Son illərdə EKMO aparatının istifadə edilməsi ilə uzunmüddətli ürək dayanmasından sonra xilas edilən digər pasiyentlər barədə də məlumat verilib, lakin belə nəticələr hələ də müstəsna hal kimi hesab olunur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

