Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

06.06.2026 [13:58]

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 7-də Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin Rusiyaya təzyiqin artırılması məsələləri müzakirə olunacaq. Bununla yanaşı, “İstəklilər koalisiyası”nın fəaliyyəti üzrə görülən işlərin vəziyyəti də nəzərdən keçiriləcək.

Məlumata əsasən, Kansler Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin ilə birbaşa danışıqların aparılması barədə irəli sürdüyü təklifi alqışlayıb. O, həmçinin sülh danışıqları formatında avropalı tərəflərin də yer almasının zəruriliyini qeyd edib.

Xatırladaq ki, Volodimir Zelenski ötən gün yayımladığı açıq məktubda Rusiya Prezidenti ilə şəxsi görüş keçirməyi təklif edib.

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Gündəm

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30