Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İpoteka və Kredit Zəmanət Fondu: Son 6 ildə bağlanmış kirayə müqavilələrinin sayı 9546 olub

İpoteka və Kredit Zəmanət Fondu: Son 6 ildə bağlanmış kirayə müqavilələrinin sayı 9546 olub

24.07.2026 [13:34]

2020-2026-cı illər üzrə bağlanmış kirayə müqavilələrinin sayı 9546 olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov iqtisadi mövzularda yazan jurnalistlər üçün fondun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlimdə deyib.

O bildirib ki, 12 kirayəçi tərəfindən mülkiyyət hüququ təmin olunub: “Müqavilənin müddəti minimum 3 il, maksimum 25 il təşkil edir. Alış qiyməti tam ödənilənə kimi mənzil İKZF-nin mülkiyyətində saxlanılır. Satmaq öhdəliyi ilə kirayə mənzildə kirayəçi sonda mənzilin mülkiyyətçisinə çevrilir. Ödənişlər investisiya xarakteri daşıyır, sığorta hadisəsi baş verdikdə mənzilin bərpası fond tərəfindən təmin edilir. Eyni zamanda, müqaviləyə vaxtından əvvəl xitam verilə bilməz”.

“İndiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində İKZF tərəfindən vətəndaşlara ümumilikdə 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3) mənzillər təqdim edilib”, - deyə Aslan Zeynalov vurğulayıb.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31