Bişkek görüşü...
02.09.2026 [11:36]
Dünya mediası Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşünü geniş işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü dünyanın bir sıra ölkələrinin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Yayımlanan xəbərlərdə bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib, tərəflər arasında birbaşa siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsi, xüsusilə nəqliyyat, ticarət və regional bağlantılılığın inkişafı önə çəkilib.
Türkiyənin Anadolu agentliyinin məlumatında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin praktiki mərhələyə keçməsinin göstəricisi kimi dəyərləndirilib. Görüşdə liderlərin birbaşa siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, enerji, ticarət, tranzit və sərhədlərin delimitasiyası üzrə konkret əməkdaşlıq istiqamətlərini müzakirə etdikləri vurğulanıb. Bu baxımdan, xüsusilə TRIPP marşrutunun icrası, qarşılıqlı yük və enerji axınlarının genişləndirilməsinin regional bağlantılılığın və iqtisadi inteqrasiyanın normallaşma prosesinin əsas dayaqlarından birinə çevrildiyi qeyd olunub.
Qardaş ölkədə yayımlanan “Türkiye Gazetesi”, “Son Dakika”, “TRT Avaz”, “Hürriyet”, “Saray Medya”, “Yeni Şafak”, “Ensonhaber”, “Yeni Akit”, “Takvim”, “Bengü Türk”, “İlke” xəbər agentliyi, “CGTN Türk”, “New Turk Post” və TRT-nin ərəbdilli versiyası da bu görüş barədə oxucularına əhatəli məlumatlar çatdırıb.
Rusiyanın TASS agentliyi, “Kommersant”, “Komsomolskaya Pravda”, “Nezavisimaya Gazeta”, “Interfax”, “Vesti.ru”, “Izvestiya”, “RIA Novosti”, “Topwar.ru”, “News.ru”, “Vesti Kavkaza”, “Lenta News” nəşrlərinin Azərbaycanın və Ermənistanın liderlərinin görüşünə dair materiallarında əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin möhkəmləndirilməsi və tərəflər arasında birbaşa dialoqun davam etdirilməsinə yönəldilib. Xəbərlərdə, xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və Azərbaycan ilə Ermənistan arasında iqtisadii-ticari münasibətlərin qurulması önə çıxarılıb. Bundan başqa, bəzi nəşrlərin xəbərlərində Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və tranzit məsələlərinə də xüsusi yer verilib.
Gürcüstanın “Newshub Georgia”, “1TV”, “Netgazeti”, “BM.ge”, “Radio Tavisupleba”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “On.ge”, “Central Asia” və digər media resurslarında Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Bişkek görüşünə geniş yer verilib. Materiallarda görüş 2025-ci ilin avqustunda Vaşinqtondakı Sülh Sammitində əldə olunmuş razılaşmaların davamı kimi təqdim edilib, tərəflərin sülh prosesinin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın artırılması istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılığa gəldikləri vurğulanıb. Gürcü mediası, xüsusilə Azərbaycandan neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən üçüncü ölkələrə və Ermənistana yükdaşımaların genişləndirilməsi, eləcə də TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı praktiki addımları sülh prosesinin iqtisadi və regional bağlantılılıq komponenti kimi önə çıxarıb. Eyni zamanda, sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının fəaliyyətinin davam etdirilməsi, parlament və vətəndaş cəmiyyəti təmaslarının genişləndirilməsi sülhün institusional və ictimai əsaslarının möhkəmləndirilməsi baxımından qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşü İran mediasında da geniş işıqlandırılıb. Bu görüş qonşu ölkənin “IRNA”, “Akharin Khabar”, “Khabarpu” və “Vista” media resurslarında iki ölkə münasibətlərinin normallaşdırılması, sülhün möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində təqdim olunub. Materiallarda, xüsusilə tərəflər arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki müstəvidə davam etdirilməsi diqqətə çatdırılıb.
Bu görüş Qırğızıstan mediasının da diqqət mərkəzində olub. Qırğızıstanın “Open.kg”, “24.kg”, “CentralAsia.media” və “Economist.kg” media resurslarında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi təqdim olunub, tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların icrasına diqqət yetirmək barədə mövqeləri önə çıxarılıb. Xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi və regional nəqliyyat bağlantılarının inkişafı ilə bağlı məsələlər vurğulanıb.
Qazaxıstanın “Ulysmedia” və “Kursiv Media” nəşrləri isə görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması ilə əlaqələndirib. Xəbərlərdə tərəflərin birbaşa siyasi dialoqu davam etdirmək niyyəti ilə yanaşı, TRIPP marşrutunun reallaşdırılması və regional iqtisadi-nəqliyyat əlaqələrinin genişləndirilməsi də diqqətə çatdırılıb.
Fransada yayımlanan “La Gazette du Caucase” nəşri görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində növbəti təmas kimi təqdim edib. Materialda tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların praktiki icrasına yönəlmək niyyəti önə çıxarılıb.
İsveçrənin “Swissinfo.ch” platformasında isə görüş tərəflərin davamlı sülhün bərqərar olması üçün səyləri davam etdirmək barədə razılığı kontekstində işıqlandırılıb. Xəbərdə birbaşa siyasi dialoqun qorunub saxlanılması və davam etdirilməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsi əsas məqamlar kimi qeyd olunub.
Polşanın “Kresy.pl” nəşri görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan liderlərinin gələcəkdə də birbaşa danışıqları davam etdirmək iradəsini təsdiqləməsi kimi təqdim edib. Materialda bu təmasların iki ölkə arasında sülh prosesinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Tayvanın “Capital Futures” platformasında yayımlanan xəbərdə əsas diqqət liderlərin Bişkekdə görüşməsi və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdirilməsi barədə razılığa gəlmələrinə yönəlib.
Beynəlxalq media və analitik xəbər resurslarında da bu görüş barədə ətraflı söhbət açılıb. “Commonspace.eu” və “IntelliNews” nəşrlərinin materiallarında bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin növbəti mərhələsi kimi qiymətləndirilib. Nəşrlər tərəflərin davamlı sülhə nail olmaq, münasibətləri normallaşdırmaq və birbaşa siyasi dialoqu davam etdirmək istiqamətində razılaşmalarını ön plana çıxarıb, sülh prosesinin irəlilədilməsi baxımından görüşün əhəmiyyətini xüsusi vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

