Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Liviya sahilləri yaxınlığında qayıq aşıb, 50-yə yaxın miqrant itkin düşüb

Liviya sahilləri yaxınlığında qayıq aşıb, 50-yə yaxın miqrant itkin düşüb

16.07.2026 [14:22]

Liviyanın şərq sahilləri yaxınlığında mühacirləri daşıyan qayığın aşması nəticəsində 50-yə yaxın insan itkin düşüb.

AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Avropa istiqamətində üzən qayıqda aralarında uşaq və qadınların da olduğu 60 miqrant var imiş.

Hadisə Liviyanın Bərdəa adası yaxınlığında baş verib. Batanlardan on nəfər xilas olaraq adaya gəlib. Liviya sahil mühafizə qüvvələrinin axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Xatırladaq ki, ötən ay Liviya sahilləri yaxınlığında qayığın batması nəticəsində 51 miqrant itkin düşmüşdü. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ümumiyyətlə, yanvarın 1-dən mayın 16-dək bu istiqamətdə 800-dən çox miqrant ölümü qeydə alınıb. Ötən il bu yolda ölən və ya itkin düşənlərin sayı 1300 nəfərdən çox olub.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31