Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vaşinqton ştatında meşə yanğınları 60 min insanın evlərini tərk etməsinə səbəb olub

Vaşinqton ştatında meşə yanğınları 60 min insanın evlərini tərk etməsinə səbəb olub

03.08.2026 [10:55]

ABŞ-nin Vaşinqton ştatında baş verən meşə yanğınları nəticəsində azı 600 tikili məhv olub, təxminən 60 min insan təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Spokan dairəsində davam edən yanğınlar həftəsonu 21 kvadratkilometr ərazini əhatə edib. Ştatın ikinci ən böyük şəhəri olan Spokan yaxınlığında bəzi yanğınlar hələ də nəzarət altına alınmayıb.

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ABŞ Prezidenti Donald Tramp ilə vəziyyəti müzakirə etdiyini, fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal yardım istədiyini bildirib.

Bildirilib ki, Milli Qvardiyanın bölmələri yanğınlarla mübarizəyə cəlb olunub. Ştat ərazisindəki meşə yanğınları ümumilikdə təxminən 1000 kvadratkilometr sahəni əhatə edib.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31