Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın Leypsiq aerportunda PUA aşkarlanıb, uçuşlar müvəqqəti dayandırılıb

Almaniyanın Leypsiq aerportunda PUA aşkarlanıb, uçuşlar müvəqqəti dayandırılıb

05.08.2026 [12:06]

Almaniyanın Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insident təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, gecə saatlarında hava limanının perronunda aşkarlanan PUA-nın üzərində alışdırıcısı olan bağlama müəyyən edilib. Hüquq-mühafizə orqanları bağlamanı mümkün partlayıcı qurğu kimi qiymətləndirərək, hadisə yerinə xüsusi zərərsizləşdirmə qrupunu və məsafədən idarəolunan robot cəlb ediblər. Bağlamanın nəzarət altında partladılıb-partladılmadığı hələlik açıqlanmayıb.

Məlumata əsasən, PUA Ukraynaya məxsus “Antonov” yük təyyarəsinin yaxınlığında aşkarlanıb.

Hadisə ilə əlaqədar hava limanında uçuşlar müvəqqəti dayandırılıb, bəzi reyslər alternativ hava limanlarına yönləndirilib.

Yük təyyarələrindən biri enişi dayandıraraq yenidən havaya qalxdıqdan sonra hava limanından təxminən 6 kilometr məsafədə obyektlə toqquşub. Təyyarə Hannover hava limanına enib və baxış zamanı ön hissəsində yüngül zədələr aşkarlanıb.

Hadisə dövlət təhlükəsizliyi ilə bağlı cinayət kimi araşdırılır və təxribat ehtimalı istisna olunmur.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31