/ / Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək
Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək
05.08.2026 [14:50]
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə sentyabrın 16-da “Gülüstan” sarayında “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, “Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi sistemdə baş verən transformasiyalar fonunda Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Tədbir yüksəksəviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirəcək. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.
Konfrans proqramına uyğun olaraq üç əsas panel təşkil olunacaq. Birinci paneldə Orta Dəhlizin regional inteqrasiya və infrastruktur əsaslı inkişafın katalizatoru kimi rolu, ikinci paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf potensialı, üçüncü paneldə isə dayanıqlı inkişaf naminə innovasiya, iqtisadi transformasiya, rəqəmsallaşma və süni intellekt əsaslı inkişaf modelləri müzakirə ediləcək. Panel sessiyalarında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin aparıcı beyin mərkəzlərinin rəhbərləri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış edəcəklər.
“Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nın nəticələrinin Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, ortaq iqtisadi məkanın formalaşmasına, tədqiqat və innovasiya əməkdaşlığının genişlənməsinə, eləcə də “Türk Dünyası Vizyonu–2040” sənədində müəyyən edilmiş strateji hədəflərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.
Konfrans haqqında ətraflı məlumat və qeydiyyat üçün: https://turkicthinktanks.ereforms.org/
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

