Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Rahid Əmirquliyev: “Səbail”i yenidən Premyer Liqaya qaytarmağa çalışacağıq

Rahid Əmirquliyev: “Səbail”i yenidən Premyer Liqaya qaytarmağa çalışacağıq

05.08.2026 [12:35]

“Səbail”in əsas hədəfi I Liqada çempionluq qazanaraq Premyer Liqaya vəsiqə əldə etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında yenidən “Səbail”ə qayıdan Rahid Əmirquliyev deyib.

37 yaşlı yarımmüdafiəçi komandasını qarşıda məsuliyyətli və çətin bir mövsümün gözlədiyini bildirib: “İnanırıq ki, bu sınaqlardan üzüağ çıxaraq qarşıya qoyduğumuz məqsədə nail olacağıq. Mən öz üzərimə düşən vəzifəni maksimum səviyyədə yerinə yetirməyə çalışacağam. Bu, təkcə mənim yox, komandaya cəlb olunan hər kəsin məsuliyyətidir. Hamımız birlikdə çalışacağıq ki, “Səbail”i yenidən Premyer Liqaya qaytaraq”.

Azərbaycan millisinin sabiq futbolçusu “Səbail”in ev oyunlarını keçirəcəyi stadionlarla bağlı danışıqların davam etdiyini vurğulayıb: “Yaxın günlərdə bununla bağlı yekun qərarın açıqlanacağı gözlənilir. Hazırda bütün məsələlər müzakirə olunur və ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, “Səbail” Rahid Əmirquliyevlə 1+1 illik müqavilə imzalayıb. Təcrübəli yarımmüdafiəçi 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31