Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

10.08.2026 [11:30]

Çin “Delfin” qasırğası ilə əlaqədar Şanxay da daxil olmaqla ölkənin şərqində bir milyondan çox insanı evlərindən təxliyə edib.

AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, meteorologiya rəsmilərinin bildirdiyinə görə, tayfun yerli vaxtla saat 17:30-da (GMT 09:30) Çinin Çjetsian (Zhejiang) əyalətinin Yuhuan bölgəsinə ilk dəfə çatarkən küləyin maksimum sürəti saatda 150 km-ə (94 mil/saat) çatıb. 

Qasırğa bütün regionda nəqliyyatın hərəkətini iflic edib. Belə ki, təkcə Şanxayda 1400 aviareys ləğv olunub. Çin rəsmiləri daha əvvəl "Delfin" qasırğası ilə bağlı ən yüksək səviyyəli — "qırmızı" xəbərdarlıq elan etsələr də, bazar ertəsi səhər saatlarında onun statusunu tropik qasırğa səviyyəsinə endiriblər. 

Qasırğa hazırda Çinin daxili rayonlarına doğru irəliləyir və hakimiyyət orqanları çərşənbə gününə qədər leysan yağışları, güclü daşqınlar və torpaq sürüşməsi riski barədə xəbərdarlıq edir.

Bu gün Şandun, Henan, Hubey, Anhoy, Tszyansu, Çjetsian əyalətlərində və Şanxay şəhərində güclü yağışların yağacağı proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31