Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

09.08.2026 [15:56]

Türkiyənin "Qalatasaray" klubu rusiyalı futbolçu Aleksey Batrakovun transferi üçün Moskva "Lokomotiv"i ilə bütün şərtlərdə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Öztürk “X” sosial media hesabında yazıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün Rusiya klubuna bonuslar da daxil olmaqla 25 milyon avro təklif edib.

Artıq "Qalatasaray"ın prezidenti Dursun Özbekin də Batrakov üçün göndərilən təklifi təsdiqlədiyi bildirilib. Hazırda oyunçunun transferi ilə bağlı son danışıqlar aparılır.

Qeyd edək ki, “Lokomotiv”in yetirməsi olan Aleksey Batrakov Moskva təmsilçisinin əsas komandasında 81 oyun keçirib, 33 qol vurub və 23 məhsuldar ötürmə edib.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30