Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb

09.08.2026 [10:45]

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31