Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

04.09.2026 [14:58]

Berlin-Brandenburq (BER) hava limanında naməlum və zəhərli maddə ilə bağlı həyəcan siqnalı verilib.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar aeroportun 1-ci terminalından sərnişinlər təxliyə edilib, bir neçə aviareys ləğv edilib, dəmir yolu əlaqəsi isə dayandırılıb.

Məlumata əsasən, bir qadın federal polisin xidmət məntəqəsinə müraciət edərək əl çantasında zəhərli maddələrin olduğunu bildirib. Polis əməkdaşları qadını saxlayıblar. Çantanın ətrafında təhlükəsizlik zolağı yaradılıb.

Polisin məlumatına görə, maddənin təhlükəli olub-olmadığını müəyyən etmək mümkün olmadığından təhlükəli yük siqnalı verilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və hava limanının yanğınsöndürmə xidməti cəlb olunub.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30