Türk ailəsinin güclənməsi üçün...
19.09.2026 [10:23]
İlham Əliyev: Beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var
Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi dövlətlər və xalqlar qarşısında yeni əməkdaşlıq modellərinin formalaşdırılmasını zərurətə çevirir. Qlobal proseslərin sürətlə dəyişdiyi, iqtisadi və siyasi rəqabətin dərinləşdiyi bir şəraitdə ortaq tarixə, mədəniyyətə və strateji maraqlara malik ölkələrin vahid məqsədlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) yalnız dövlətlərarası əməkdaşlıq platforması deyil, eyni zamanda türk dünyasının qarşılıqlı əlaqələrinin daha sistemli və institusional əsasda inkişafına xidmət edən mühüm geosiyasi format kimi çıxış edir.
Azərbaycanın Bakı platforması üzərindən verdiyi töhfələr isə bu prosesin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibini və ölkələrin milli təhlükəsizlik şuraları rəhbərlərini qəbul edərkən çıxışında bildirib ki, cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderlər, ardından isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir: “Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var”.
Mərkəzi Asiyadan Türkiyəyə qədər...
Bu prosesdə Azərbaycanın mövqeyi və təşəbbüsləri xüsusi diqqət çəkir. Azərbaycan TDT-nin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etməklə yanaşı, təşkilat daxilində siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-kommunikasiya əlaqələrinin və humanitar münasibətlərin genişləndirilməsinə mühüm töhfələr verir. Bakı son illərdə türk dövlətləri arasında əməkdaşlığın yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional və qlobal gündəlik kontekstində inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın təşəbbüsləri TDT-nin potensialının daha geniş miqyasda reallaşdırılması baxımından mühüm platforma yaradır.
Bakının türk dünyasının müzakirə və əməkdaşlıq məkanlarından birinə çevrilməsi də təsadüfi deyil. Vurğulandığı kimi, son günlər TDT çərçivəsində iki mühüm konfransın məhz Azərbaycanda keçirilməsi təşkilata üzv və müşahidəçi ölkələr arasında fikir mübadiləsinin dərinləşdirilməsi baxımından diqqətəlayiq hadisədir. Bu tədbirlər bir tərəfdən gündəlikdə dayanan aktual məsələlərin müzakirəsinə imkan yaradırsa, digər tərəfdən Bakının türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və intellektual əlaqələrin inkişafındakı rolunu nümayiş etdirir. Beləliklə, TDT-nin qarşısında dayanan əsas məsələ ortaq tarixi və mənəvi bağları müasir dövrün siyasi və iqtisadi reallıqları ilə uzlaşdıraraq daha dayanıqlı əməkdaşlıq mexanizmləri yaratmaqdır. Prezident İlham Əliyev bildirib ki, biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Azərbaycan Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçirir: “Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”.
Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
Rəsmi Bakının apardığı çoxvektorlu siyasət, enerji və nəqliyyat diplomatiyası, regional platformaların qurucusu kimi oynadığı rol geniş bir coğrafiyada yeni situasiya formalaşdırıb. Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya - Türkiyə inteqrasiyasının mərkəzi sütunudur - başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Ölkəmizin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, strateji tərəfdaşlığın dərinləşməsinə və ortaq maraqların beynəlxalq platformalarda daha effektiv müdafiəsinə xidmət göstərir. Xəzərdən Aralıq dənizinə, Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəqliyyat və enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı rol ölkəmizi Türk dünyasının əsas geostrateji körpülərindən birinə çevirib. Bu baxımdan Bakı yalnız coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi baxımdan Türk dövlətlərini birləşdirən mühüm mərkəz funksiyasını yerinə yetirir. Bakı təşkilatın funksionallığını artırmaq üzərində real iş aparır. Qarşılıqlı intensiv səfərlər isə burada əsaslı rol oynayır. TDT üzvü olan dövlətlərlə bağlanan mütəffiqlik müqavilələri bu bağı, bu bağlılığı daha da möhkəmləndirir. Dövlət başçımız çıxışında bildirib ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir: “Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir”.
Ortaq kimlikdən strateji həmrəyliyə
Türk Dövlətləri Təşkilatının formalaşdırdığı əməkdaşlıq modelini fərqləndirən mühüm cəhətlərdən biri də üzv ölkələr arasında mövcud olan tarixi-mədəni yaxınlıqdır. Bu yaxınlıq yalnız keçmişlə bağlı ortaq yaddaşdan ibarət deyil. Dil, adət-ənənə, mədəni irs və qarşılıqlı mənəvi bağlar bu gün dövlətlərarası münasibətlərin daha geniş müstəvidə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Məhz bu amillər TDT çərçivəsində siyasi və iqtisadi əməkdaşlığın cəmiyyətlər tərəfindən daha asan qəbul olunmasına da imkan verir. Əslində, ortaq kimlik anlayışı təşkilatın fəaliyyətində emosional və simvolik məna ilə məhdudlaşmır. O, praktiki əməkdaşlıq üçün əlavə imkanlar yaradan mühüm resursdur. Dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və uzunmüddətli layihələrin həyata keçirilməsi üçün belə mənəvi yaxınlığın əhəmiyyəti böyükdür. Bu baxımdan TDT-ni yalnız siyasi və iqtisadi maraqların uzlaşdırıldığı platforma kimi qiymətləndirmək kifayət deyil.
Müasir mərhələdə əsas məsələ həmin yaxınlığı konkret layihələrə və institusional mexanizmlərə çevirməkdir. Azərbaycan Türk dünyasını yalnız ortaq keçmişlə deyil, həm də ortaq gələcək hədəfləri ətrafında birləşdirən əsas mərkəzlərdən biri kimi çıxış edir. Nəqliyyat dəhlizləri, ticarət əlaqələri, enerji əməkdaşlığı, rəqəmsal transformasiya, təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar ortaq potensialın praktik nəticələrə çevrilməsinə xidmət edir. Beləliklə, tarixi-mədəni bağlar TDT üçün başlanğıc nöqtəsi olduğu halda, onun gələcək inkişafını müəyyən edən əsas amil bu potensialın müasir əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir: “Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər - bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

