Ukrayna ciddi sınaq qarşısında...
07.03.2014 [09:13]
Şərqi Avropa və Avrasiyada mühüm geostrateji resurslara malik olan, bölgənin siyasi taleyində əhəmiyyətli rol oynayan Ukraynanın öz gələcək taleyi olduqca düşündürücüdür
Dünya siyasətinin əsas tendensiyalarını, başlıca geosiyasi prosesləri müəyyən edən nəhəng güc mərkəzlərinin qarşıdurma meydanı olan Ukraynada qeyri-müəyyən proseslər davam edir. Qərb və Rusiyanın mübarizəsinin hazırkı episentrini təşkil edən bu ölkənin perspektiv taleyi, heç şübhəsiz, sual altındadır. Hər iki güc mərkəzi müəyyən manevrlər etməklə prosesləri öz xeyirlərinə dəyişməyə çalışırlar. Yeri gəlmişkən, ABŞ baş verən proseslərin fonunda Rusiyanın vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə başlayır. “The New York Times”ın məlumata görə, Ağ Evdən bəyan edilib ki, ABŞ Dövlət Departamenti Ukraynanın ərazi bütövlüyünə zərbə vurmaq üçün tədbirlər görən məmurlara və digər şəxslərə vizaların verilməsinə qadağa qoyub. Məlumatda qeyd edilir ki, bu qadağa Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradan, yaxud bununla əlaqəli olan Rusiya və Ukrayna vətəndaşlarına şamil ediləcək.
Bununla yanaşı, NATO-nun Baş katibi Anders Foq Rasmussen Ukraynadakı vəziyyətlə əlaqədar yaranmış siyasi mənzərənin fonunda Rusiya ilə münasibətlərə yenidən baxılacağını bəyan edib. “Gazeta.ru” xəbər verir ki, NATO mülki və hərbi heyət səviyyəsində heç bir görüş təşkil etməyəcək. Rasmussenin sözlərinə görə, dialoqun qorunması üçün Rusiya-NATO Şurası səviyyəsində səfirlərin görüşünün saxlanılması qərara alınıb. “Biz Rusiya ilə bütün münasibətlərə yenidən baxacağıq, münasibətlərin gələcəyi barədə qərar NATO ölkələrinin xarici işlər nazirlərinin aprelin əvvəlinə nəzərdə tutulmuş görüşündə veriləcək”,- deyə Rasmussen bildirib.
Yeri gəlmişkən, Krım parlamenti Muxtar Respublikanın Rusiyanın tərkibinə daxil olması haqqında qərar qəbul edib. Qərarda deyilir ki, Krım Muxtar Respublikası Rusiya Federasiyasının subyekti qismində Federasiyanın tərkibinə daxil olsun.
Bundan öncə isə Rusiya siyasiləri analoji mövqe sərgiləmişdilər. “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov bəyan edib ki, Dövlət Duması gələn həftə Krımın Rusiyanın tərkibinə daxil olması ehtimalı haqqında qanun layihəsinə baxa bilər. Qanun layihəsinin müəlliflərindən biri olan S.Mironov bildirib ki, Krımda referendum martın 16-da keçiriləcəyi üçün Dövlət Duması qanunu normal rejimdə müzakirə edə bilər.
Beləliklə, Ukrayna ciddi sınaq qarşısındadır. Şərqi Avropa və Avrasiyada mühüm geostrateji resurslara malik olan, bölgənin siyasi taleyində əhəmiyyətli rol oynayan Ukraynanın hazırda öz taleyi olduqca düşündürücüdür. Hər halda, zaman ölkənin perspektivi üçün atılan addımların doğruluğunu sübuta yetirəcək.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25

