Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hakan Fidan: Türkiyənin məqsədi daha həmrəy və dayanıqlı NATO-ya nail olmaqdır

Hakan Fidan: Türkiyənin məqsədi daha həmrəy və dayanıqlı NATO-ya nail olmaqdır

07.07.2026 [14:40]

Kollektiv müdafiə prinsipi NATO-nun təməlini təşkil etməyə davam edir. Bununla belə, çətinliklərin çoxşaxəli və mürəkkəb hala gəldiyi bir dünyada dəyişən strateji mühiti nəzərə almaq vacibdir. Ənənəvi yanaşmalar bu yeni reallıqları həll etmir. Əhəmiyyətli olan nəticədir, yəni, qüvvə yerləşdirmə imkanları, sənaye potensialı və əməliyyat hazırlığıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 7-də Ankarada açılan NATO dövlət və hökumət başçılarının 36-cı sammiti ilə əlaqədar sosial media paylaşımında bildirib.

Türkiyə diplomatiyasının rəhbəri məhdudiyyətləri ilə NATO-nun daxilində əməkdaşlığın effektivliyini zəiflədən və təhdidlərə qarşı mübarizə qabiliyyətini azaldan Avropa ölkələrinin mövqeyinə diqqət çəkib.

Fidan bildirib: “Avropanın müdafiə təşəbbüsləri bütün NATO müttəfiqlərinin maraqlarını tam nəzərə almalıdır. Avropanın müdafiə sənayesi sektorundakı məhdudiyyətlər Alyans üçün strateji yükə çevrilib. Əsl çətinlik təhdidlərə qarşı mübarizə aparmaq üçün əməkdaşlığı necə qura biləcəyimizdir”.

Türkiyəli nazir Ankara sammitinin Alyansın strukturlarını yeni reallıqlara uyğunlaşdırmağa kömək edəcəyinə əminliyini bildirib. O qeyd edib: “Türkiyənin məqsədi aydındır: daha həmrəy və dayanıqlı Alyansa nail olmaq”.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31