Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbərlərinin qeyri-rəsmi toplantısı keçirilib

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbərlərinin qeyri-rəsmi toplantısı keçirilib

25.09.2026 [19:47]

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib.

AZƏRTAC xəbər verir ki, nazir çıxışında ortaq köklər və tarixlə bağlı türk dövlətləri arasında birliyin daha da dərinləşdiyini vurğulayıb. O, qlobal çağırışların dəyişdiyi bir şəraitdə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını qeyd edib.

Ceyhun Bayramov Qəbələ Zirvə Görüşündə qəbul edilən qərar və təşəbbüslərdən sonra Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində əldə olunan əsas nəticələr barədə məlumat verib. O, Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə fəal iştiraklarına görə üzv dövlətlərə təşəkkür edib.

Nazir türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirləri də mühüm hadisə kimi qeyd edib. Həmçinin Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin, Müsəlman Dini Qurumları Rəhbərləri Şurasının və aparıcı milli analitik mərkəzlərin görüşlərinin əməkdaşlıq gündəliyinin genişliyini nümayiş etdirdiyi bildirilib.

Ceyhun Bayramov TDT-nin beynəlxalq mövqeyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq, təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsinin ümumi məqsədlərdən biri olduğunu qeyd edib.

Nazir türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, regional dayanıqlılıq və bağlantının artırılmasının strateji əhəmiyyət daşıdığını bildirib.

Çıxışda ticarət, enerji, informasiya-kommunikasiya texnologiyaları, elm, texnologiya və mədəniyyət sahələrində praktiki əməkdaşlığın genişləndirilməsinin də prioritet olduğu vurğulanıb. Qeyd olunub ki, bu istiqamətlərdə əməkdaşlığın inkişafı biznes icmaları və xalqlar üçün birbaşa imkanların yaradılmasına xidmət edir.

Ceyhun Bayramov qardaş Türkiyəyə Antalyada COP31-ə və Ankarada keçiriləcək TDT-nin 13-cü Zirvə Görüşünə ev sahibliyi ilə bağlı uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha ifadə edib.

İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30