Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

29.09.2026 [17:53]

Türkiyənin dövlətə məxsus “Türkiye Petrolleri” şirkəti (TPAO) neft hasilatını gündə 1 milyon barelə çatdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Nazir qlobal enerji bazarlarında davam edən böhrana diqqət çəkib. O deyib: “Bu gün öz neft və qaz ehtiyatlarımıza sahib olmaq və Türkiyəni xarici təchizatçılardan asılı olmayan bir dövlətə çevirmək hər zaman olduğundan daha vacibdir”.

Onun sözlərinə görə, TPAO hazırda Türkiyədə və xaricdə 350 min barel neft hasil edir. “2028-ci ilə qədər bu rəqəm 550-600 min barelə, daha sonra isə 1 milyon barelə çatacaq”, - deyə nazir əlavə edib.

Bayraktar, həmçinin enerji sektorunda kifayət qədər yerli mütəxəssisin olmasının vacibliyinə diqqət çəkib. O qeyd edib: “Əvvəllər xaricdə işləmiş mütəxəssislər vətənə qayıdırlar. Məsələn, əvvəllər Türkiyədə qazma heyətlərinin əksəriyyəti əcnəbilərdən ibarət idisə, bu gün mütəxəssislərin 70 faizindən çoxunun ölkə vətəndaşı olmasından danışırıq”.

Nazir Antalyada keçiriləcək COP31 iqlim sammitindən əvvəl 2040-cı ilə qədər olan dövr üçün hədəfləri müəyyən edəcək “Türkiyənin yeni enerji arxitekturası” adlı sənədin yayımlanacağını açıqlayıb. O bildirib: “Sənədin oktyabrın sonu və ya noyabrın əvvəlində elan edilməsi planlaşdırılır. Sənəd yalnız neft və qazı deyil, həm də yaşıl enerjini əhatə edəcək”.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30