Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

05.10.2026 [08:31]

Fransada məktəblilərin kütləvi etirazları zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub, bəzi məktəblər yandırılıb və qarət edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jefre “France 2” telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, ölkə üzrə davam edən etirazlar səbəbindən oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər keçirilməyəcək.

Qeyd edək ki, məktəblilərin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər ərazilərinə də yayılıb. Etirazçılar müəllim çatışmazlığı, dərs cədvəllərinin həddən artıq yüklənməsi və təhsil sistemindəki digər problemlərdən narazıdırlar.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31