Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər

Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər

05.10.2026 [15:19]

Brno alimləri kök hüceyrələrdən mini tor qişalar yetişdirərək onların işıq vasitəsilə daha sürətli yetişməsinə nail olublar.

AZƏRTAC xəbər verir ki, Masarik Universitetinin alimləri işığın retinal orqanoidlərin inkişafına təsirini araşdırıblar. Bir neçə millimetr ölçüsündə olan bu strukturlar laboratoriyada kök hüceyrələrdən əldə edilir və göz xəstəliklərinin müalicəsinin yeni üsullarının öyrənilməsinə imkan yaradır. Tədqiqat zamanı mini tor qişalar, adətən, olduğu kimi qaranlıq şəraitdə deyil, işıqlandırılmış mühitdə yetişdirilib. Nəticədə onların insan gözünün təbii tor qişasına daha çox bənzədiyi müəyyənləşib.

Alimlərin bildirdiyinə görə, işıqla stimullaşdırılan orqanoidlər işığa daha yaxşı reaksiya verir və işıq siqnallarını elektrik impulslarına daha səmərəli çevirirlər. Tədqiqatın nəticələri gələcəkdə tor qişa xəstəliklərinin müalicəsində daha yetkin hüceyrələrdən istifadə edilməsinə, həmçinin zədələnmiş tor qişanın transplantasiyasına imkan yarada bilər. Araşdırma işığın yalnız fotoreseptorlar tərəfindən qəbul edilən stimul olmadığını, onların yetişməsinə də kömək etdiyini göstərib.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31