ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
07.10.2026 [19:57]
Yaponiyanın cənubundakı Okinava prefekturasındakı ABŞ hərbi bazasının şəxsi heyətinə 48 saatlıq əməliyyat fasiləsi və bir ay davam edəcək komendant saatı tətbiq etmək barədə əmr verilib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, qərar ABŞ dəniz piyadasının yerli sakini qətlə yetirmək və soyğunçuluq etmək şübhəsi ilə həbs edilməsindən sonra verilib. İddiaya görə, ABŞ dəniz piyadaları korpusunun hərbçisi Devin Ceykob Ballard oktyabrın 3-də Naha şəhərindəki bir hoteldə 39 yaşlı yerli qadını öldürüb, onun cüzdanını və digər əşyalarını götürüb. Amerikalı hərbçi hadisənin ertəsi günü saxlanılıb, hazırda istintaq aparılır.
Okinava bölgəsi üzrə koordinator və 3-cü dəniz piyadaları ekspedisiya qüvvələrinin komandanı general-leytenant Benjamin Uotson oktyabrın 6-da axşamı gecə saatlarında "Standartlar və İntizam" başlıqlı bir bildiriş yayımlayıb və onu sosial şəbəkələrdə paylaşıb. O, Okinavadakı bütün ABŞ hərbi qulluqçularına oktyabrın 7-dən günorta saatlarından etibarən 48 saat müddətində bölmələrin fəaliyyətini dayandırmaq barədə göstəriş verib. Bu müddət ərzində bazadan kənarda sərbəst hərəkət qadağan edilib. Bundan əlavə, hərbi qulluqçulardan oktyabrın 9-dan başlayaraq 30 gün müddətində gecə yarısından səhər saat 05:00-a qədər evdə qalmaları tələb olunacaq.
Okinava prefekturasının qubernatoru Koca Genta general-leytenant Benjamin Uotsonu və digər rəsmiləri ofisinə çağıraraq hadisə ilə bağlı narazılığını bildirib və ABŞ qüvvələrindən ciddi, təsirli tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, Yaponiya Baş naziri Sanae Takaiçi də baş verən hadisə ilə əlaqədar ölkəsinin sərt etirazını bildirib və Birləşmiş Ştatları istintaqla tam əməkdaşlıq etməyə, həmçinin şəxsi heyət arasında ciddi intizam tədbirləri görməyə çağırıb. O, hadisəni son dərəcə təəssüf doğuran və dəhşətli cinayət adlandırıb. Hadisənin yaratdığı hiddət fonunda Tokio müxtəlif səviyyələrdə ABŞ-yə etirazını bildirib. Amerikalı hərbçilərin iştirakı ilə törədilən əvvəlki cinayətlər Yaponiyadakı ABŞ hərbi obyektlərinin əksəriyyətinə ev sahibliyi edən Okinava sakinlərində də hiddət doğurub. İllər ərzində prefekturada ABŞ hərbçilərinin iştirakı ilə qadınlara qarşı çoxsaylı cinayətlər qeydə alınıb.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

