Yeni hədəflərə çatmaq üçün qarşıda böyük vəzifələr durur
07.10.2026 [12:10]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, yeni tarixi mərhələdə ölkəmiz qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra ilk dəfə keçirilməsi isə yeni reallıqlar şəraitində Azərbaycanın siyasi qüdrətini, o cümlədən YAP-ın , Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi proseslərdə aktiv iştirakını nümayiş etdirdi. Qurultay bu baxımdan son 5 ildə ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi prosesləri təhlil edərək yeni inkişaf gündəliyinin və ideoloji-siyasi kursun müasir prioritetlərinin müəyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu barədə YAP üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı tədbirin əsas siyasi məzmununu müəyyənləşdirdi. Dövlət başçısı YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək partiyanın fəaliyyətinin və siyasi xəttinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya qoyulmuş yeni hədəflərə çatmaqda fəaliyyətin daha da gücləndirilməsi əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır: “Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi və hərbi nəticələrin davamlılığını təmin etmək, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini daha da gücləndirməkdir. Özünün iqtisadi potensialını daim gücləndirən Azərbaycan yeni geoiqtisadi reallıqlar şəraitində hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün hərbi-iqtisadi imkanlarını daha da artırmağı mühüm prioritetlər olaraq saxlayacaq”.
A.Hüseynov bildirib ki, son illərdə demokratik dövlət quruculuğu kursuna uyğun olaraq ölkəmizdə dərin islahatlar aparılır, savadlı və intellektual, yaradıcı gənc kadrlar idaretmədə və ictimai-siyasi proseslərdə irəli çəkilirlər. Cənab Prezident gənclərə böyük etimad göstərir, parlamentdə, siyasi strukturlarda onların təmsil olunmasına geniş şərait yaradır. Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında hər zaman yeni çağırışların fəlsəfəsinə uyğun olaraq yenilikçi, gənc kadrlara yer verilib. Bu konteksdən gələcək vəzifələr arasında təşkilati fəaliyyətin təkmilləşdirilməsi, yerli strukturların fəallığının artırılması, ictimai əlaqələrin genişləndirilməsi və yeni informasiya vasitələrindən daha səmərəli istifadə kimi istiqamətlərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Ona görə də, siyasi təşkilatların gənclərlə münasibətlərində yalnız ənənəvi təşkilati metodlarla kifayətlənməməsi, onların maraq və gözləntilərini nəzərə alması vacib məsələlərdən biridir. Eləcə də gənclərin ideoloji proseslərdə daha fəal iştirakı, şablonçuluqdan yenilikçi yanaşmalara əsaslanan kursa keçmələri vacib amillərdən biridir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11

