Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

09.10.2026 [23:52]

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O bildirib ki, Rusiyanın ABŞ və dünya bazarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı tədarük edəcəyinə dair razılığa gəlinib.

Trampın sözlərinə görə, tərəflər noyabrda daha 500 min ton, ardınca isə 1 milyon ton dizel tədarükü barədə razılığa gəliblər. Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddətdə əlavə 3 milyon ton yanacağın bazara çıxarılması da nəzərdə tutulur.

“Rusiya enerjisi ilə bağlı bu mühüm açıqlama nəticəsində amerikalılar və bütün dünya üçün dizelin qiyməti sürətlə və rekord səviyyədə aşağı düşəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.

O, xüsusilə fermerlər, heyvandarlar və yük maşını sürücüləri üçün qiymətlərin azaldılmasını əsas prioritetlərindən biri adlandırıb.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31