Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

10.10.2026 [18:26]

Türkiyədə sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. Ölkədə sosial şəbəkələrə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı normativ akt "Resmi Gazete" nəşrində dərc olunub.

Qaydalara əsasən, 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəyə icazə verilmir. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır.

İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə "e-Devlet" üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31