Qərb-Rusiya qarşıdurmasında əks cəbhələrə parçalanmış erməni diasporu
22.08.2014 [09:38]
Məlumdur ki, son dövrlərdə birqütblü dünya tərəfdarları ilə çoxqütblü dünya formalaşdırmağa çalışan güclər arasında geosiyasi, iqtisadi, ideoloji, mədəni sahələrdə qarşıdurma daha kəskin və açıq xarakter alıb. Bu qarşıdurmanın əsas fiqurları Qərb dünyasında ABŞ başda olmaqla Avroatlantik məkana daxil olan dövlətlər və təsisatlardır, qarşı cəbhədə isə Rusiyanın daha fəal göründüyü BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) və mövcud dünya nizamı ilə barışmaq istəməyən digər qüvvələr dayanır. Bu ziddiyyət qarşı cəbhələrdə dayanan ölkələrin vətəndaşlarının, ictimai qurumlarının bir-birinə münasibətində də özünü göstərir.
Bu səbəbdən də kəskinləşən Qərb-Rusiya qarşıdurması fonunda erməni diasporunun Qərb və Rusiya qollarının bir-birinə münasibəti daha mürəkkəb xarakter alıb. Qeyd edək ki, erməni diasporunun maliyyə və təşkilatçılıq cəhətdən ən güclü qolu olan Qərbdəki diasporu ilə ən çoxsaylı qolu olan (təxminən 2 milyon ermənini əhatə edən) Rusiyadakı diasporu arasında illərdir ki, Ermənistanın siyasi, iqtisadi həyatına təsir etmək uğrunda rəqabət gedir. Əhalinin bir hissəsinin qərbləşmə, Avropaya inteqrasiyanı, digər hissəsinin isə mühafizəkarlığı, Rusiya ilə yaxın tərəfdaşlığı dəstəklədiyi Ermənistan cəmiyyəti bu tərəflərə münasibətdə parçalanmış durumdadır.
Əvvəlcə qeyd edək ki, dünyanın müxtəlif qitələrinə səpələnmiş 8-10 milyon ermənini əhatə edən erməni diasporu üç böyük qrupa - Qərb, Yaxın Şərq və postsovet məkanı qollarına ayrılır. Diasporun bu üç qolunun hər birinin yerləşdiyi mühitdən irəli gələn fərqli dünyagörüşü, dəyərləri, mədəniyyəti mövcuddur. Bu fərqlər diaspor təşkilatlarının fəaliyyətində, onların Ermənistanla münasibətlərində də özünü aydın göstərir. İlk baxışda, onların hər birinin yalnız qondarma soyqırımının tanıdılması, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının legitimləşdirilməsi, Ermənistan dövlətinin gücləndirilməsi kimi ortaq məqsədlər uğrunda çalışdığını düşünmək olar. Lakin məsələ ondadır ki, erməni diasporunun ayrı-ayrı qolları bu məqsədlərə, xüsusən də, Ermənistanın inkişafına nail olmaq yollarını fərqli görürlər.
Erməni diasporunun Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada yaşayan nümayəndələri, xüsusən də bu ölkələrə qabaqcadan köçən ermənilərdən törəyənlər, yəni gözünü Qərb mühitində açanlar öz mədəniyyəti, dünyagörüşü, liberal dəyərləri ilə Ermənistanda və postsovet məkanında yaşayan ermənilərdən kəskin fərqlənirlər. Qərb ermənilərini Ermənistanda insan haqları, gender bərabərliyi, demokratik azadlıqlar kimi məsələlər daha çox narahat edir. Onlar Ermənistanın inkişafının, müasirləşməsinin yolunu Qərb liberal dəyərlərini mənimsəməsində görürlər. Bu isə çox vaxt Ermənistandakı mühafizəkarlar və əksər Rusiya erməniləri tərəfindən müsbət qarşılanmır.
Vəziyyəti daha da mürəkkəbləşdirən məsələ isə ondan ibarətdir ki, 1991-ci ildən bu yana Qərbdəki diaspor təşkilatları Ermənistanın inkişafına 170 milyon dollar həcmdə yardım etsələr də, bu ölkədə arzuladıqları ictimai, siyasi mühiti formalaşdıra bilməyiblər. Qərbdəki erməni diasporunun Ermənistandakı siyasi mühiti dəyişdirmək cəhdi 2014-cü il prezident seçkilərində əslən kaliforniyalı namizəd Raffi Ovannesyanı müdafiə etməsi ilə özünü aydın göstərdi. Lakin seçkilər heç də diasporun istədiyi kimi yekunlaşmadı.
Son zamanlar Ermənistan rəhbərliyinin Rusiya meyilli siyasəti daha da dərinləşdirməsi, Avropa İttifaqı ilə assosiativ sazişdən imtina edərək Gömrük İttifaqına qoşulmaq xəttini tutması diasporun Ermənistan üzərində gedən ideoloji rəqabətini bir qədər də kəskinləşdirib. Qərb ölkələrindən gələrək Ermənistanda gender bərabərliyi, insan hüquqları sahəsində fəaliyyət göstərən diaspor ermənilərinin fəaliyyətinə dözümsüzlük artır. Buna nümunə olaraq, 2014-cü il mayın 9-da Ermənistanın mühafizəkar bölgələrindən birində məişət zorakılığı ilə bağlı keçirilən məhkəmə prosesində dəyərlərin qarşıdurması özünü daha qabarıq göstərib. Dinləmələrdə iştirak edənlər arasında Erməni-Rus İttifaqının lideri Robert Aharonyan, eləcə də, İrəvanda yerləşən Qadınları Müdafiə Mərkəzinin rəhbəri amerikalı Maro Matosyan və Qadınların Resurs Mərkəzinin rəhbəri kanadalı Lara Aharonyan da olub. Proses zamanı rusiyayönlü fəal Robert Aharonyan qadınlara qarşı fiziki zorakılığı pisləyən, Kanadadan və ABŞ-dan olan qadın hüquq müdafiəçilərini “Avropa dəyərlərini” təbliğ etməkdə günahlandırıb. “Kişinin öz həyat yoldaşına əl qaldırmağa haqqı olduğunu” deyən Aharonyan “yerli adətlərdən xəbərsiz olan” diaspor ermənilərini ölkəni tərk etməyə çağırıb (Armenia: Pro-Russia Activists Attack Diaspora Members for Promoting “European Values’’ / eurasia.net, 28.05.2014).
Göründüyü kimi, erməni diasporunun bəzi nümayəndələrinin Ermənistanda Qərb düşüncə tərzini yaymaq cəhdləri mühafizəkarların, Avropaya inteqrasiya əleyhdarlarının tənqidləri, təzyiqləri ilə üzləşir. Aharonyanın timsalında diaspor ermənilərinə qarşı yönələn hədələrə Ermənistan rəhbərliyinin kəskin reaksiya verməməsi bu məsələdə hökumətin də marağının olması barədə ehtimallar yaradır. Çünki qərbyönlü qurumlar insan haqları pozuntularına görə, ilk növbədə, Ermənistan hakimiyyətini günahlandırırlar.
Maraqlıdır ki, rusiyayönlü ermənilərin addımları bu ölkənin bəzi siyasi dairələrinin mövqeyi ilə uyğunluq təşkil edir. Məlumatlara görə, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin builki müsahibələrinin birində rəsmi İrəvanı Qərbdən maliyyələşən QHT-ləri “neytrallaşdırmağa” çağırıb, bunu onların iki ölkə münasibətlərinə əngəl olması ilə izah edib (Armenia: Pro-Russia Activists Attack Diaspora Members for Promoting “European Values’’ / eurasia.net, 28.05.2014).
Ermənistandakı toqquşmanı yalnız mədəni və ideoloji fərqlərlə izah etmək doğru olmazdı. Burada, şübhəsiz, maddi, korporativ maraqlar da öz sözünü deyir. Bu rəqabət əsasən Ermənistandakı oliqarxlar ilə Qərb diasporundan olan işadamları arasında özünü göstərir. Bu toqquşma nəticəsində Qərbdən, o cümlədən, ABŞ-dan olan erməni biznesmenlər Ermənistandan sıxışdırılaraq qovulublar. Lakin ölkə iqtisadiyyatının xarici yatırımlara ehtiyacı var. Bu səbəbdən də, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern hazırda ABŞ-dakı erməni işadamlarını Ermənistana sərmayə qoymağa həvəsləndirməyə çalışır (Djon Xeffern: Mı predlojim variantı dlə Armenii / lragir.am, 17.07.2014).
Lakin erməni ekspertlər iddia edirlər ki, Rusiya amilinin də təsiri ilə Rusiyadakı erməni diasporu Qərbdəki diaspor ilə müqayisədə Ermənistanda daha çox üstünlüyə malikdir (Diktuöhim stanovitsə armənskaə Diaspora Rossii / ru.1in.am, 26.07.2014). Əlbəttə ki, bu vəziyyət Ermənistanın inkişafına böyük xərclər ayıran, lobbiçilik fəaliyyəti göstərən Qərbdəki diasporu razı sala bilməz. Düşünmək olar ki, hazırkı Qərb-Rusiya qarşıdurması fonunda ermənilərin ciddi-cəhdlə gizli saxlamağa çalışdığı diaspordaxili ideoloji ziddiyyətlər və Ermənistana təsir uğrunda mübarizə bundan sonra daha da kəskinləşəcək.
Hülya MƏmmƏdli
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

