Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

30.08.2026 [21:25]

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu düşəcəyi proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və nəqliyyat vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.

Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.

Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31