Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elanlar / "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb

"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb

31.08.2026 [14:10]

Sərfəli mobil operator “Nar”ın təşəbbüsü ilə həyata keçirilən “Jestdili.az” layihəsinin yeni versiyası istifadəyə verilib. Platformanın dizaynı və strukturu yenilənib, istifadəçi rahatlığını artıran yeni funksiyalar əlavə olunub, həmçinin beynəlxalq işarət dili üzrə yeni bölmə yaradılıb.

Yeni bölmədə beynəlxalq işarət dilində 100 söz və əlifba üzrə video materiallar təqdim olunur. İstifadəçilərin sözləri daha asan və sürətli tanıması üçün “kateqoriyalar” bölməsinə video önizləmə funksiyası əlavə edilib. Beləliklə, istifadəçi sözü açmadan müvafiq jesti qısa video vasitəsilə nəzərdən keçirə bilir.

Yeni sözlərlə yanaşı, platformada mövcud olan söz və ifadələr mütəmadi olaraq nəzərdən keçirilir, onların video materialları daha təkmil formada hazırlanaraq yenilənir. Video izahların hazırlanması üçün layihəyə yeni aktyorlar cəlb edilir, platformanın daha əlçatan olması üçün mütəmadi yeniləmələr həyata keçirilir.

Qeyd edək ki, “Jestdili.az” 2022-ci ildə “NETTY” milli internet mükafatına (I yer) və 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (IPRA) “Golden World Awards” mükafatına (I yer) layiq görülərək “Nar”ın inklüzivlik və korporativ sosial məsuliyyət sahəsində ən uğurlu təşəbbüslərindən biri kimi tanınıb.

“Nar”ın həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31