Türkiyə Avropa İttifaqına daxil olacaqmı?
02.05.2015 [09:17]
Türkiyənin Avropaya inteqrasiyası istiqamətində xarici siyasətinin uğursuzluğunun səbəbi Şərqin sosio-mədəni, siyasi-mədəni xüsusiyyətləri ilə izah olunur. Ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə doğru yolu spesifik olmuşdur. Aİ-nin Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində onlara maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, müəyyən tələblər qoyulsa da, daha çox üzvlüklə bağlı vədlər verilirdi. Amma Türkiyəyə gəlincə, burada üzvlüklə bağlı vədlər verilməsə də, şərtlər irəli sürülür. Aİ-nin standart tələblərindən başqa, burada Türkiyənin İslam aləminə mənsub olması ilə bağlı sivilizasiya məsələləri də qaldırılır, onun “Avropa xalqları ailəsi”nə aid edilə bilinməsi şübhə altına alınır. Türkiyənin Aİ-yə inteqrasiyası yolunda ciddi maneələrdən biri də həll olunmamış kürd problemidir.
Tarixə qısa nəzər salaq. İlk dəfə Türkiyə birləşmiş Avropanın (o zaman Avropa İqtisadi Birliyinin - AİB) qapılarını 31 iyul 1959-cu ildə döymüşdür. 1998-ci ilin iyun ayında Avropa Şurası özünün Kardifdəki sammitində qərara aldı ki, Birlik haqqında müqavilənin (1963-cü il) 28-ci maddəsinə və Avropa İttifaqının Lüksemburq sammitinin (1997-ci ilin dekabr ayı) tövsiyələrinə uyğun olaraq Avropa Komissiyası Türkiyə ilə bağlı məruzə təqdim edəcək. O zaman Türkiyə hələ namizəd-dövlət statusunu da almamışdı. Onda “Türkiyə üçün Avropa strategiyası” adlanan sənəd qəbul edildi. 10 dekabr 1999-cu ildə Avropa Şurasının Helsinkidəki sammitində bəyan edildi ki, “Türkiyə digər namizəd ölkələrə tətbiq olunan meyarlar əsasında İttifaqa qoşulmağa namizəddir. Buna görə də qəbul olunmuş strategiya əsasında modernləşmə prosesini yaşayan Türkiyə islahatları həvəsləndirmək üçün digər namizəd ölkələr kimi daxilolmadan öncəki strategiyanın (pre-accession strategy) üstünlüklərindən faydalanacaq”. Bu, Ankara üçün çox mühüm bir müddəa olmaqla ona digər namizədlərə tətbiq olunan münasibətin göstəriləcəyini vəd edirdi. Namizəd ölkə statusunu aldıqdan sonra Aİ ilə münasibətlər yeni siyasi çalarlar aldı. İkitərəfli əlaqələr daha sistemli və dinamik xarakter kəsb etməyə başladı.
Türkiyə qarşısında birləşmiş Avropaya yol açıldı. Bu, özlüyündə ölkədə daxili dəyişikliklərin mühərriki oldu. Təxminən iki ay (dekabr-yanvar) ərzində Məclis (Parlament) tərəfindən Türkiyənin adaptasiyası üzrə Dördüncü və Beşinci paket qüvvəyə mindi. Türkiyəyə siyasi islahatları davam etdirmək, Milli Təhlükəsizlik Şurasının və ordunun siyasi rolunun zəiflədilməsi hesabına qanunvericilik hakimiyyətini möhkəmləndirmək, Kipr Respublikasını tanımaq, Ermənistanla münasibətləri yaxşılaşdırmaq və ana dilində informasiya əldə etmək və təhsil almaq hüququ da daxil olmaqla milli və dini azlıqların hüquqi vəziyyətini Avropa qanunvericiliyinə uyğunlaşdırmaq tövsiyə olundu.
2013-cü ilin iyun ayında AFR hökuməti İstanbulun Gezi parkında etiraz aksiyalarının sərt şəkildə yatırılması ilə bağlı Türkiyə ilə danışıqları dayandırdı, lakin oktyabr ayının ortalarında onları bərpa etməyə razılaşdı. Bununla belə, Brüssellə Ankara arasında Kipr məsələsi ilə bağlı fikir ayrılıqlarının olması və bir çox Avropa siyasətçilərinin müsəlman ölkəsini birlikdə görmək istəməməsi nəticəsində danışıqlar dalana dirəndi.
Ölkənin Aİ-yə daxil olmasını istəyənlər qeyd edirlər ki, regionda aparıcı qüvvə olan və iri iqtisadiyyata, ölçüsünə görə NATO-da ikinci hərbi qüvvələrə malik olan, faydalı ehtiyatlarla zəngin regionlarla iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri olan Türkiyə Aİ-nin qlobal geostrateji oyunçu kimi mövqelərini möhkəmləndirər. Onların fikirlərinə görə, Türkiyənin Aİ-yə üzv olması Avropada pozitiv dəyişikliklərə səbəb olar. Yeni dinamik oyunçunun qatılması Avropa iqtisadiyyatına rəqabət üstünlükləri verər. Avropanın işçi qüvvəsi bazarı gənc və nisbətən yaxşı təhsilli insanların axın etməsi hesabına möhkəmlənər və bütün bunlar yetərlidir ki, ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar uğur qazansın.
Türkiyənin Aİ-yə daxil olmasının əleyhdarları belə fikir söyləyirlər ki, Türkiyə, əslində, Avropa ölkəsi deyil, buna görə də o, hətta bütün tələblərə əməl etsə belə, onu qəbul etmək olmaz. Əks təqdirdə, onların sözlərinə görə, Aİ Türkiyədən gələn miqrantlarla dolacaq və onu idarə etmək mümkün olmayacaq. Aİ ölkələrinin vətəndaşlarının əksəriyyəti Türkiyənin quruma üzv olmasını istəmir.
Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər daha real xarakter almağa başlayarkən digər bir amil də meydana gəldi - Aİ genişlənmədən yoruldu. Yunanıstanın iflası təhlükəsi də bu mənada Türkiyənin xeyrinə deyil.
Ankara üçün Aİ-nin ziddiyyətli davranışı çaşqınlıq saldı. Türklər dərk etdilər ki, avropalılar özlərinin NATO üzrə çoxdankı müttəfiqlərinə deyil, keçmiş Sovet blokundan olan dövlətlərə üstünlük verərək Türkiyənin iqtisadi və sosial tərəqqi sahəsində əldə etdiyi nailiyyətləri lazımınca qiymətləndirmədilər. Bu, xüsusi bir psixoloji effekt verdi. Türkiyə Respublikasının özündə Aİ-yə daxil olma məsələsi son onilliklərin mühüm sosial-siyasi, iqtisadi və özünüidentifikasiya problemi, hətta dünyagörüşü problemi olsa da, zaman keçdikcə, bu məsələ öz kəskinliyini itirir: Aİ-yə inteqrasiyanın lehinə çıxış edən vətəndaşların payı 2015-ci ildə 75 faizdən 20 faizə qədər azalmışdır. 2015-ci ilin yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edirdi ki, onun ölkəsini Avropa İttifaqına inteqrasiya məsələsi artıq maraqlandırmır. Bir qədər öncə baş nazirin müavini Bülənd Arınc da həmin sözləri demişdi. Aİ işləri üzrə nazir Volkan Bozkır isə bildirdi ki, “üzvlüklə bağlı danışıqlar artıq Aİ-nin tələb etdiyi formatda davam edə bilməz”. O vurğuladı ki, Türkiyədə demokratiya Avropanın bəzi ölkələrindən də yüksək səviyyədədir.
Sonda qeyd edək ki, Türkiyə hökumətinin son zamanlar yürütdüyü xarici siyasət, ilk növbədə, Türkiyənin Yaxın Şərqin lider dövləti statusunun təsdiqlənməsinə yönəlmişdir.
Rövşən Hətəmov,
Tarix üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

