FİFA prezidentinin istefası: dünya futbolunda siyasi çevriliş
09.06.2015 [09:17]
Son zamanlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ilə bağlı baş verənlər və aparıcı dövlətlərin rəsmilərinin hadisələrə münasibəti FİFA daxilindəki böhranın səbəblərinin beynəlxalq siyasi proseslərlə əlaqəli olduğunu göstərir.
Xatırladaq ki, mayın 27-də qərargahı İsveçrənin Sürix şəhərində yerləşən FİFA-nın 7 rəhbər şəxsi korrupsiya halları ilə bağlı təhqiqatlarla əlaqədar ABŞ Ədliyyə Departamentinin xahişi ilə İsveçrə təhlükəsizlik orqanları tərəfindən həbs olunub. Korrupsiya qalmaqalına baxmayaraq, mayın 29-da Sürixdə FİFA-nın 65-ci konqresi çərçivəsində keçirilən prezident seçkisində quruma 1998-ci ildən rəhbərlik etmiş 79 yaşlı Yozef Blatter qalib gəlib. Lakin seçkilərdən cəmi dörd gün sonra Blatter “mandatının dünyada hamı tərəfindən dəstəklənmədiyini” əsas gətirərək istefa verdiyini açıqlayıb. Bununla belə, Blatter vəzifəsinin icrasını FİFA prezidentliyinə növbədənkənar seçkilərin keçirilməsinədək davam etdirəcək.
Sələfi Jan-Mari Avelanj kimi, Blatter də Afrika və Asiya qitəsi ölkələrinin dünya futboluna aktiv cəlb olunmasını dəstəkləyib, inkişaf etməkdə olan ölkələrdə futbolun tərəqqisinə maliyyə dəstəyi göstərib. Təsadüfi deyil ki, FİFA-nın 209 üzv ölkəsindən Blatterə səs verən 133 ölkə əsasən Asiya, Afrika və Latın Amerikası regionlarında yerləşir. Lakin göründüyü kimi, əksəriyyətin dəstəyinə baxmayaraq, aparıcı Qərb dövlətlərinin başçılıq etdiyi nisbətən məhdud çevrə seçkinin nəticəsinin üzərindən xətt çəkdi.
Ümumiyyətlə, region və dünya miqyaslı bir sıra nüfuzlu təşkilatların yuxarı eşelonlarında korrupsiya hallarının geniş yayılması heç də sirr deyil. Bu baxımdan, FİFA-dakı korrupsiya qalmaqalı da təəccüb doğurmur. Lakin illərdən bəri məlum olan korrupsiya faktlarının məhz FİFA-nın növbəti 4 il üçün prezidentinin seçilməsi ərəfəsində ortaya çıxarılması və bu əsasda qurumun hazırkı və keçmiş rəhbərliyinin fəaliyyəti ilə bağlı təhqiqatlara başlanmasının seçkilərin nəticələrinə təsir göstərmək məqsədi daşıdığı çoxlarında şübhə doğurmadı.
Qərbdəki bəzi aparıcı media orqanları da ABŞ hakimiyyətinin FİFA-nın başında onun siyasi məqsədlərinə qarşı loyal olan, o cümlədən Rusiyanın ambisiyalarına maneələr yaradacaq rəhbərliyin dayanmasında maraqlı olduğunu gizlətmir. Blatterin əsas rəqibi olan 39 yaşlı İordaniya şahzadəsi Əli bin əl-Hüseyn də məhz “Amerikanın adamı” hesab olunur (bax: The Geopolitics of FIFA / “The Huffington Post”, 4 iyun 2015).
ABŞ-la eyni cəbhədə dayanan Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da Blatterə təzyiqlər göstərərək onun istefasında müəyyən rol oynadı. Belə ki, Blatterin 5-ci dəfə FİFA prezidenti seçilməsindən qısa müddət sonra UEFA rəhbərliyi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya kuboku yarışmasını boykot edəcəyini və həmin il alternativ dünya kuboku müsabiqəsi təşkil edəcəyini bəyan etmişdi (bax: Fifa corruption: Europe plots to stage an ‘alternative World Cup’ in place of Russia 2018 / “The Independent”, 2 iyun 2015).
Əlbəttə ki, belə bir mövqenin sərgilənməsində son vaxtlar Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi, Kremlin Ukrayna siyasəti və Krımın ilhaqı əsas rol oynayır.
Blatterin istefasına gətirib çıxaran təzyiqlər Afrika qitəsi ölkələrinin futbol qurumlarının nümayəndələri tərəfindən daha böyük narazılıqla qarşılanıb. Əsasən, XX əsrdə müstəmləkəçiliyin tənəzzülü ilə müstəqilliyini qazanmış region dövlətləri FİFA rəhbərlərinin dəstəyi ilə, demək olar ki, dünyada ən böyük azarkeş kütləsinə malik idman növü olan futbol vasitəsilə özlərini tanıtmaq, FİFA daxilində isə başqa dövlətlərlə eyni hüquqlara malik olmaq imkanını əldə etmişdilər.
Lakin Avropa Futbol Assosiasiyaları İttifaqının da təzyiqi ilə Blatterin vəzifəsindən istefa verməsi bu ölkələr tərəfindən imperializm əlaməti kimi qəbul edilir. Afrika ölkələrində hesab edirlər ki, FİFA rəhbərliyinə Qərbin dəstəklədiyi şəxsin gəlməsi onların qurumdakı hüquqlarının sıxışdırılmasına, dünya futbolundakı mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Bunun təsdiqi olaraq, Qana rəsmilərindən biri sözügedən məsələ ətrafındakı son hadisələri “Qərbin FİFA-nı gerçək hakimiyyətin 5 nüvə dövlətinin əlində cəmləşdiyi BMT-yə çevirməyə çalışması” kimi dəyərləndirib (bax: Why African Soccer Officials See FIFA Probe As ‘Imperialist’ / “Time”, 3 iyun 2015).
ABŞ və İsveçrənin başlatdığı təhqiqatlar nəticəsində FİFA-nın bir sıra keçmiş rəsmilərindən korrupsiya və rüşvətxorluq etirafları səslənməyə, yaxud bir neçə il əvvəl edilmiş etiraflar üzə çıxarılmağa başlandı. Bu etirafların sırasında futbol üzrə dünya çempionatının 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilməsi üçün verilən səslərin bir qisminin satın alınması barədə fikirlər də yer alır.
Lakin təhqiqatlar heç də yalnız keçmişdə baş tutmuş yarışlarla bağlı qərarların obyektivliyini araşdırmağa yönəlməyib. Hazırda təhqiqatların diqqət mərkəzində futbol üzrə 2018 və 2022-ci illər Dünya çempionatlarının ardıcıl olaraq Rusiya və Qətərdə keçirilməsi ilə bağlı qərarların arxasında korrupsiya hallarının olub-olmaması məsələsi dayanır. Qeyd edək ki, çempionata ev sahibliyi etmək üçün Rusiya İngiltərə ilə, Qətər isə ABŞ-la rəqabətdə qalib gəlmişdi. Hər iki qələbənin arxasında korrupsiya əməllərinin dayandığı aşkara çıxarsa, yarışların ləğvi məsələsi gündəmə gələ bilər. Lakin 2018-ci il çempionatına az vaxtın qaldığını əsas gətirən bəzi mütəxəssislər Rusiyada keçiriləcək yarışın məkanının dəyişdirilməsinin artıq gec olduğunu düşünürlər.
Korrupsiya ittihamları hələ ki, ehtimal xarakteri daşısa da, Rusiya uzun müddətdir ki, Ukrayna ilə bağlı yürütdüyü siyasəti səbəbindən tənqid olunaraq, belə bir mötəbər müsabiqəyə ev sahibliyi etməsinə mənəvi haqqının çatmadığı bildirilir. Qətər isə idman obyektlərinin tikintisində “qul əməyindən” istifadə etməkdə ittiham olunur. İstənilən halda, yarışmaların ləğvi hazırlıqlara başlamış hər iki ölkəyə milyardlarla dollar həcmində zərərin vurulması deməkdir.
Görünən odur ki, qlobal güclərin geosiyasi rəqabəti iqtisadi, hərbi-təhlükəsizlik sahələri ilə yanaşı, humanitar sferaları da mübarizə meydanlarına çevirib. Belə davam etsə, gələcəkdə futbolda qalibi vurulan qolların sayı deyil, tamamilə başqa amillər müəyyən edəcək.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58

