Ermənistanda insan hüquqları kobud surətdə pozulur
25.06.2015 [09:44]
Amma bəzi beynəlxalq təşkilatlar, o cümlədən “Freedom House” işğalçı dövləti sığortalamaqla məşğuldur
Məlum olduğu kimi, Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşməkdədir. Bu amil isə ölkə vətəndaşlarında ciddi narazılıq doğurur. Sarkisyan rejiminin ölkəni uçuruma sürükləməsi artıq əhalinin səbrini tükəndirib. Bu günlərdə paytaxt İrəvanda etiraz aksiyalarının böyük vüsət alması bu reallığı bir daha təsdiqləyir.
Erməni ekspertlər isə siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır. Xatırladaq ki, etiraz aksiyalarının başlanmasına səbəb Ermənistan hökuməti tərəfindən elektrik enerjisinin qiymətinin 20 faizə yaxın artırılmasıdır. İrəvanda keçirilən etiraz aksiyasının güc strukturları tərəfindən vəhşicəsinə dağıdılması növbəti qarşıdurmalara təkan verib. Mitinqçilərə hücum edən mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusitəyinatlılar insanlara zərbələr endirib, Ermənistan prezidentinin administrasiyasının binası qarşısında etiraz edənlərə qarşı güclü su şırnağından istifadə edilib. Hadisə zamanı onlarla sənət adamı və yazıçı həbs edilib. Hadisələrin kuliminasiya nöqtəsi kimi isə aksiyaya qoşulmuş Gümrü şəhərində də kütləvi həbslərin həyata keçirilməsi göstərilir. Erməni KİV-i məlumat verir ki, Gümrüdə 15-ə yaxın şəxs həbs edilib. Həbslərə dünən səhər Gümrünün Teatr meydanında başlanılıb. Bundan bir gün öncə isə Gümrüdə də İrəvandakı aksiyalara dəstək mitinqi başlanılıb. Ümumilikdə isə verilən məlumata görə, 240 nəfərə yaxın aksiya iştirakçısı həbs edilib, 20 nəfər xəsarət səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Sarkisyan hakimiyyəti bu aksiyaları işıqlandıran bəzi KİV nümayəndələrinə də zor tətbiq edib.
Amma diqqət çəkən məqam ondan ibarətdir ki, insan haqlarından, demokratiyadan dəm vuran bəzi beynəlxalq təşkilatlar və dövlətlər Ermənistan hakimiyyətinin etirazçılara divan tutmasını susqunluqla qarşılayırlar. Hələ bu azmış kimi ABŞ-ın bu ölkədəki səfiri deyib ki, erməni polisi İrəvanda keçirilən mitinq iştirakçılarına hörmətlə yanaşıb.
Eyni zamanda, “Freedom House” qeyri-hökumət təşkilatı da ermənipərəst mövqeyini və saxtakarlığını davam etdirir. Belə ki, bu qurum iyunun 23-də açıqladığı “Keçid Ölkələri - 2015” hesabatında 29 ölkədə, guya, demokratiyanın vəziyyətini dəyərləndirib. Bu hesabatda yenə də işğalçı Ermənistan Azərbaycandan öndə təqdim olunub. Hətta iş o yerə çatıb ki, “Freedom House” MDB ölkələri sırasında demokratikliyinə görə, işğalçı Ermənistanı ikinci yerə “yüksəldib”. Təbii ki, bu fakt bir daha həmin qurumun erməni lobbisinin təsiri altında olduğunu və sifarişlə fəaliyyət göstərdiyini təsdiqləyir. Nəzərə alsaq ki, bu hesabat Ermənistanda əhalinin kütləvi etiraz aksiyalarına başladığı bir zamanda açıqlanıb, burada əsas məqsədin nədən ibarət olduğu aydın şəkildə görünür. Yəni, “Freedom House” bu hesabatla diqqəti Ermənistandakı gərgin vəziyyətdən yayındırmağa çalışır.
Təşkilatın Azərbaycana qarşı ənənəvi olaraq qərəzli mövqe tutmasının isə səbəbləri cəmiyyətimizə bəllidir. Belə ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi, beynəlxalq müstəvidə nüfuzunun artması, transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi çıxış etməsi və s. amillər müəyyən dairələri ciddi narahat edir. Həmin dairələr əllərində alət olan “Freedom House” kimi təşkilatlar vasitəsilə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Yəni, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər durur. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarında, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər.
Əgər bu kimi təşkilatları həqiqətən də insan haqlarının vəziyyəti narahat edirsə, onda Ermənistanın işğal siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşən 1 milyondan çox Azərbaycan vətəndaşının hüquqlarını müdafiə etməli, işğalçı tərəfə qarşı sərt mövqe tutmalıdırlar. Amma bütün bunların fonunda “Freedom House”un işğalçı Ermənistana öz hesabatında yüksək qiymət verməsi reallığın nədən ibarət olduğunu ortaya qoyur. Bu fakt bir daha təsdiqləyir ki, bu kimi təşkilatlar siyasi sifarişlə çalışaraq işğalçı dövləti dəstəkləməklə məşğuldur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

