Ermənistanda siyasi böhran: proqnozlar bədbindir
30.09.2015 [09:48]
Yaxud işğalçı ölkə sosial inqilaba doğru...
Xarici siyasətdə təcavüz, daxili siyasətdə isə xalqın istismar edilməsi ilə müşayiət edilən asimmetrik hegemoniya (hakimiyyətdə olanların xalqı əzməsi və istismar etməsi ilə səciyyələnən destruktiv disbalans) prinsipləri əsasında fəaliyyət göstərən Ermənistan mürəkkəb siyasi kataklizmlərin məngənəsindədir. Mövcud problemlərin və irrasional idarəetmə sisteminin fonunda bəhs edilən ölkənin daxili və xarici siyasətində çox ciddi problemlər, böhran meyilləri hökm sürür. Hakimiyyətin həyata keçirdiyi irrasional daxili siyasət kursu onsuz da qeyri-təkmil struktur elementlərinə malik olan və dissonanslarla (qeyri-ahəngdar, ixtilaflarla xarakterizə edilən natamam struktur) səciyyələnən siyasi sistemin tamamilə iflic olmasına səbəb olub. Məhz belə bir durumun fonunda işğalçı ölkədə sürüşkən müstəvidə təzahür edən subyektlərarası siyasi münasibətlər daha da kəskinləşməkdə və ictimai-siyasi proseslər xaotik səciyyə daşımaqdadır.
Regional blokada səmərəsiz xarici siyasət kursunun nəticəsi kimi...
Ermənistanın beynəlxalq münasibətlər sistemində “forpost” kimi tanınması, müstəqil daxili və xarici siyasət kursu həyata keçirməməsi məlumdur. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, sirr deyil ki, bu ölkənin xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta sadəcə quberniya və ya hərbi baza səciyyəsi daşıdığını bir daha təsdiqlədi.
Regionda şəriksiz hegemon güc mərkəzi olmaq iddiasında olan nəhəng aktorların hərbi baza kimi yaratdığı Ermənistan artıq bu funksiyanı da icra edə bilmir. Daha da dəqiqləşdirsək, işğalçı ölkə hərbi baza statusunu da itirib. Bu isə işğalçı ölkənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən tədricən silinəcəyinə dəlalət edir. Dünya siyasətində, eləcə də hegemon dövlətlərin geostrateji maraqlarında baş verən yeni dəyişikliklər bu reallığı şərtləndirir. Məhz erməni mətbuatı və ekspertləri də diqqəti bu məsələyə çəkirlər. Bir müddət öncə “Armenia Today” saytında dərc edilən məqalədə bildirilmişdi ki, Ermənistanın xarici siyasətinin mənasız ambisiyalar üzərində qurulması rəsmi Yerevanı beynəlxalq dəstəkdən məhrum edib.
Nəticə etibarilə, Ermənistan hazırda regional blokadadır və bu, səmərəsiz, işğalçı siyasətin nəticəsi kimi çıxış edir.
Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
Ən əsası, hazırkı şərait işğalçı ölkənin sosial-iqtisadi tənəzzülünün daha da sürətlənməsini şərtləndirir. Ekspertlərin qənaətincə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsinə və ölkənin iflasın astanasına yaxınlaşmasına səbəb olur. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün siyasi şərhçilər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər.
Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan demoqrafik problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır.
Yeri gəlmişkən, Gümrüdə konstitusiya islahatlarına qarşı keçirilən etiraz aksiyası işğalçı ölkədə ciddi rezonans yaradıb. Qeyd edək ki, “Yox” cəbhəsinin Gümrüdə başladığı ilk aksiya polisin nəzarəti altında keçirilib. “İrs” partiyasının rəhbəri Raffi Ovanesyan, hökumət əleyhinə çıxışları ilə gündəmdə olan deputat Zauri Postancyan, “Erməni milli konqresi”nin (EMK) təmsilçiləri Levon Zurabyan, Aram Manukyanın ümumxalq mitinqində iştirakı etirazçıları ruhlandırıb. Bildirilib ki, Ermənistanda konstitusiya islahatlarının layihəsi artıq milli şuraya təqdim olunub. İslahatlar proporsional seçki sistemini nəzərdə tutur. Dekabrın 6-da keçiriləcək referendumdan sonra parlamentdə yerlərin sayı azaldılacaq. Bu səbəbdən də EMK və “İrs” partiyasının nümayəndələri islahatlara qarşı “Yox” cəbhəsi yaradaraq ölkədə baş verəcək dəyişikliyə qarşı mübarizə aparırlar. Hərəkatın növbəti mitinqi oktyabrın 2-də paytaxt İrəvanın mərkəzi meydanında keçiriləcək. Deputat Zauri Postancyan hər kəsi konstitusiya islahatlarına qarşı çıxmağa və Serj Sarkisyan hökumətinin istefasını tələb etməyə çağırıb. EMK-nın sədri Levon Ter-Petrosyan isə sözügedən islahatların dəyişiklik deyil, dövlətçiliyə zidd olan yeni konstitusiya olduğunu bildirib. Erməni politoloqları isə yeni konstitusiyanın qəbulu ilə ölkədə insan hüquqlarının məhdudlaşacağını deyirlər.
Beləliklə, sadalananlar Ermənistanın həm də yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə iqtisadi böhranın dərinləşəcəyinə dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

