Ermənistanda konstitusiya islahatı, yaxud “Qarabağ klanı”nın hakimiyyətini uzatmaq planı
09.10.2015 [10:02]
Ermənistanda siyasi hakimiyyəti əlində saxlayan Qarabağ klanı, o cümlədən prezident Serj Sarkisyan əhalinin narazılığına baxmayaraq, seçkilərdə rəqiblərinin sıxışdırılması, ölmüş və xarici ölkələrə köçmüş vətəndaşların səslərinin sayılması, müxalifətin təqib olunması kimi yollarla əhali arasında faktiki olaraq legitimliyini itirmiş hakimiyyətini qoruyub saxlamağa çalışır. Sarkisyanın həyata keçirməyə çalışdığı konstitusiya islahatları isə ölkənin idarəçiliyini öz əlində cəmləmək məqsədilə düşünülmüş bir plandır.
Bunu anlayan Ermənistan ictimaiyyətində konstitusiya islahatlarına qarşı ciddi etiraz mövcuddur. Referendumun tarixinin yaxınlaşdığı bir dövrdə Ermənistanda konstitusiya dəyişikliyinə qarşı növbəti etiraz dalğası yüksəlib. Paytaxtda keçirilən aksiyaların iştirakçıları monopolist siyasi sistemin formalaşdırılmasına xidmət edən dəyişikliklərə qarşı olduqlarını bildiriblər.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan avqust ayında parlamentə konstitusiyada islahatların keçirilməsi barədə layihə göndərib. Layihə bu günlərdə parlamentdə səs çoxluğu ilə dəstəklənib. Maraqlıdır ki, konstitusiya dəyişikliyinə qarşı çıxan müxalifət partiyalarının üzvlərinin bir qismi iclasa qatılmayıb, digərlərinin çoxu isə səsvermədə ya bitərəf qalıb, ya da lehinə səs verib. Güman ki, bu mövqe dəyişikliyi konstitusiya islahatlarının gerçəkləşdirilməsinin qaçılmaz olduğunu anlayan qüvvələrin iqtidarla münasibətlərini daha da pisləşdirmək istəməməsindən, yaxud gələcəkdə yeni hökumətdə təmsilçiliklə bağlı vədlər almalarından irəli gəlir. Layihənin parlamentdə dəstəklənməsi səbəbindən təxminən 3 aydan sonra konstitusiyaya dəyişikliklərin qəbulu ilə bağlı referendum keçiriləcək.
Konstitusiya dəyişikliyinin mahiyyəti
Yeni konstitusiya layihəsinə əsasən, hökuməti formalaşdırmaq üçün parlamentdə üstün səs çoxluğuna malik siyasi partiya olmalıdır. Əgər seçkilər nəticəsində heç bir siyasi qüvvə mütləq üstünlüyə nail olmazsa, o zaman parlament seçkilərinin ikinci turu keçirilir, bu dəfə səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin gələcək proqramının əsas bəndlərini təqdim etmək hüququna malikdir. Prezident bir dəfə 7 illik müddətə seçilir. Hazırkı sistemdə isə prezident 5 illik müddətə iki dəfə seçilə bilər.
Qüvvədə olan sistemdən fərqli olaraq, yeni konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd irəli sürmək üçün ümumi deputat seçicilərinin minimum beşdəbir hissəsinin səsi lazımdır. Yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Yeni layihədə hərbi vəziyyətlər zamanı baş nazir ali baş komandan olur. İndiki halda silahlı qüvvələrin ali baş komandanı prezidentdir.
Hakimiyyətin horizontallaşdırılması məqsədinin güdüldüyü iddia olunan yeni sistemdə ölkə başçısı prezident hesab olunacaq, lakin onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış olacaq və baş nazirin nüfuzu və imkanları artacaq.
Sözügedən dəyişiklik ölkənin parlamentli respublikaya çevrilməsini, baş nazirin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Ermənistan ictimaiyyətində geniş yayılmış fikrə görə, Sarkisyan baş nazir kimi yeni postunda ölkənin idarəçiliyini əlində saxlamaq, bununla da ailə üzvlərinin və özünə yaxın adamların biznesini qorumaq istəyir.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu yaxınlardakı müsahibəsində bildirmişdi ki, konstitusiyada radikal islahata ehtiyac yoxdur. Onun sözlərinə görə, burada məsələ heç də yarımprezident və parlament idarə üsulları arasında seçim etməkdən ibarət deyil. Konstitusiya layihəsi, faktiki olaraq, ölkəni birpartiyalı sistemə, yəni siyasi monopoliyaya və durğunluğa sürükləmək təhlükəsi daşıyır. Koçaryan keçmiş SSRİ konstitusiyasını nümunə gətirərək deyib ki, həmin konstitusiya da gözəl sözlərlə dolu idi, lakin onun kommunist partiyasının rəhbər və yönləndirici rolu barədə bir maddəsi ilə kommunistlərin siyasi monopoliyası qanuniləşdirilmişdi. Təqdim olunan konstitusiya layihəsində də insan hüquqları və dövlətin sosial məqsədləri barədə müddəalar, sadəcə olaraq, parlament idarəçiliyinin mahiyyətinə zidd olan bir Milli Məclisin yaradılmasını ört-basdır etmək niyyəti daşıyır. Konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə bir partiyanın dominantlığına rəvac verir. Ermənistan reallığında isə bu, ictimai nüfuzundan asılı olmayaraq, inzibati və maliyyə resurslarına malik olan partiyanın üstünlük qazanması deməkdir. Üstəlik, partiyadaxili demokratiyadan əsər-əlamətin olmadığı Ermənistanda dominant partiya amili həm də bir nəfərin hökmranlığı deməkdir. Keçmiş prezident yeni konstitusiya layihəsini “böyük səhv” adlandırıb və Ermənistanın gələcəyi üçün təhlükəli nəticələrinin olacağını bildirib (bax: Robert Koçarən: Soverşaetsə bolğşaə oşibka / “Lragir.am”, 6 oktyabr 2015).
Ermənistan siyasi ictimaiyyətində çaşqınlıq hökm sürür
Koçaryanın konstitusiya islahatlarını tənqid etdiyi sonuncu müsahibəsindən qısa müddət sonra onun ofisinin rəhbəri Viktor Soqomonyan keçmiş prezidentin adını açıqlamadığı bir partiyaya rəhbərlik edərək, 2017-ci ildə yeni siyasi strukturda həmin partiyanın parlament seçkilərində qalib gəlməsindən sonra ölkə başçısı ola biləcəyini deyib. Ölkə başçısı dedikdə, prezident vəzifəsinin nəzərdə tutulması istisna edilmir. Ekspertlər həmçinin bu mövqe dəyişikliyini Sarkisyanın vəzifə təklifini Koçaryanın qəbul etməsi ilə əlaqələndirirlər. Belə görünür ki, Koçaryan ölkəsinin gələcəyini təhlükə altını qoyan “böyük səhv”in icrasında iştirak etmək qərarına gəlib və islahatlardan sonra formalaşacaq yeni quruluşda Ermənistanı Koçaryan-Sarkisyan cütlüyünün “Qarabağ dueti” gözləyir (bax: Prezidentskiy treuqolğnik i “dva karabaxüa”/ “Lragir.am”, 6 oktyabr 2015).
Qarabağ klanının nümayəndələrinin əsas vəzifələrə yiyələnməsinin Ermənistandan olan siyasi elitanın narazılığına səbəb olacağı və hakimiyyət uğrunda mübarizəni sərtləşdirəcəyi istisna deyil.
Bu arada, Serj Sarkisyanın son çıxışında səsləndirdiyi fikirlər ekspertləri və Ermənistan ictimaiyyətini yenidən düşünməyə vadar edib. ABŞ-dakı Karnegi mərkəzindəki çıxışı zamanı Sarkisyan bildirib ki, Ermənistanın gələcək liderinin kim olacağını indidən proqnozlaşdıra bilər, lakin ad çəksə, bu həmin adama əlavə çətinliklər yarada bilər, digər tərəfdən, həmin adamın özü proqnozu yanlış anlaya bilər.
Ermənistan prezidentinin bu sözləri ölkə ictimaiyyətində müəyyən çaşqınlıq yaradıb. Bu, ilk növbədə onunla əlaqədardır ki, konstitusiya islahatlarında hökumətdə “lider” vəzifəsinin yaradılması nəzərdə tutulmayıb. Ölkə başçısı isə məhdud səlahiyyətləri olan prezident hesab olunacaq. Bu səbəbdən, yerli ictimaiyyətin bir qismi “lider” dedikdə, Sarkisyanın yeni prezidenti nəzərdə tutduğunu düşünür. Başqalarına görə isə Sarkisyan bildirməyə çalışıb ki, islahatların baş tutmayacağı təqdirdə, o özünün “B” planını işə salacaq və onun “varisi” ölkənin lideri olacaq (bax: Sörpriz ot Serja Sarkisəna / “Lragir.am”, 7 oktyabr 2015).
İstənilən halda, Sarkisyanın addımları və çıxışları Ermənistan ictimaiyyətində ölkənin siyasi gələcəyi ilə bağlı narahatlığı və çaşqınlığı artırır. Yaranmış qarışıqlığın kökündə dayanan amil Ermənistanda siyasi proseslərin və transformasiyanın demokratik prinsiplərə, qayda-qanunlara deyil, Sarkisyanın məhdud maraqlara xidmət edən ssenarisinə uyğun getməsindən irəli gəlir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

