Yaxın Şərqdə yeni geosiyasi situasiya: Avrasiyanın “heartland”ı dəyişəcəkmi?
17.12.2015 [10:04]
Bölgədə sabitliyin təmin olunması üçün etibarlı təhlükəsizlik mühitinin yaradılması mütləq şərtdir
Dünya siyasətində Yaxın Şərq coğrafiyasında hər zaman Qərb və Rusiya arasında konfrontasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Çünki hər iki cəbhə Yaxın Şərq kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Doğrudur, II Dünya müharibəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi Qərb cəbhəsi Yaxın Şərq və Şimali Afrikada təsir-nüfuz imkanlarına görə dominant güc qismində çıxış ediblər. Amma bununla yanaşı, hər zaman sözügedən qüvvələr arasında regional miqyaslı, qlobal xarakterli rəqabət və qarşıdurma meyilləri özünü göstərib.
Yaxın Şərq geostrateji rəqabət məkanı kimi
Eyni zamanda, məhz bu cür qarşıdurma və rəqabət meyillərinin fonunda bir tərəfin atdığı addımlar digər cəbhə tərəfindən adekvat reaksiya ilə qarşılanıb. Hələ proseslərin ilkin fazasında ABŞ və Avropa ölkələri Suriyada baş verən dağıdıcı olayların qarşısının alınmasının zəruriliyini bəyan edərək bunun üçün bu ölkə prezidenti Bəşər Əsədin istefa verməsini vacib hesab edirdilər. Qərb, eyni zamanda, hesab edirdi ki, Suriya olayları regional və beynəlxalq təhlükəsizliyə də ciddi təhdid mənbəyidir. Bəhs olunan qüvvələr Suriyada baş verən hadisələrin kəskinlik səviyyəsinin artmasına qarşı müvafiq tədbirlər görülməsinin vacibliyini bəyan edirdilər. Amma bununla yanaşı, Qərblə əks cəbhədə duran Rusiya da regional aktor kimi bu məsələdə prinsipial mövqe sərgiləməkdə idi. Moskva bundan öncə Qərb ölkələrinin Suriyadakı daxili proseslərə müdaxilə etmələrinin yolverilməz olduğunu bildirirdi.
Beləliklə, görünən o idi ki, Avrasiyadakı strateji hədəfləri üçün Bəşər Əsədin istefasının zəruriliyini bəyan etsə də, Rusiya özünün geostrateji maraqları naminə Suriyadakı mövcud hakimiyyət üçün xüsusi müdafiə mexanizmi formalaşdırmağa çalışırdı. Kreml həm siyasi, həm də hərbi baxımdan B.Əsəd hakimiyyətini dəstəkləyir, strateji resurslardan istifadə edərək Qərb mənşəli “dalğa”ları neytrallaşdırmağa cəhd edirdi. Dolayısıyla, Moskva Suriya hakimiyyətinə müdafiə üçün stimul verir və yardım göstərirdi.
Qərb və Rusiya yenidən qarşı-qarşıya...
Yeri gəlmişkən, Rusiya rəsmilərinin verdikləri bəyanatlar onu göstərir ki, Kreml bu məsələdə geri çəkilməyəcək və Suriya hakimiyyətinin müdafiəsi istiqamətində müqavimət mexanizmini davam etdirəcək. Qərb də regional resurs və mexanizmlərdən istifadə edərək Yaxın Şərqdə geosiyasi balansı öz lehinə saxlamaq istəyir. Daha doğrusu, Qərb Rusiyanın Yaxın Şərqdəki son geostrateji resurslarını özünə tabe etməklə Avrasiyanın yeni “heartland”ını formalaşdırmağa çalışır. Qərb strateqlərinin mövqeyi odur ki, Rusiyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq. Amma regional müstəvidə toqquşan mövqelərin fonunda geosiyasi uzlaşma meyilləri də müşahidə edilir və bu, siyasi analitiklər tərəfindən optimist rəylə qarşılanır. Çünki antaqonist ziddiyyətlər fonunda konfrontasiyanın şiddətlənməsi regional və qlobal təhlükəsizliyə ciddi fəsadlar yarada bilər. Bu baxımdan, Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putin, eləcə də bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasındakı görüşlər Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələsində uzlaşma və ya yeni yol xəritəsinin müəyyən olunması baxımından əhəmiyyətli ola bilər.
Yeni koalisiya terrorizmə qarşı mübarizədə effektiv olacaqmı?
Digər tərəfdən, həm Yaxın Şərq, həm də Avrasiyada təhlükəsizlik və sabitlik məsələsində terrorizmin bütün təzahürlərinə qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, hegemon güc mərkəzlərinin geostrateji plan və aktları bəzi hallarda terrorizmə rəvac verən amil kimi çıxış edir, amma bütün hallarda bu dağıdıcı faktorun qarşısının alınması olduqca böyük aktuallıq kəsb edir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsinin (Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən) terrora qarşı yeni koalisiya yaratması da ciddi müzakirə predmetinə çevrilib. Hər halda, koalisiyanın fəaliyyətinin səmərəliliyi hegemon güclərin bölgəyə yönəlik strateji addımlarından və yanaşmalarından asılı olacaq. Başqa sözlə, bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması üçün Qərb-Rusiya uzlaşması mütləq şərtdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00

