Xalq Paşinyandan çörək istəyir
16.08.2018 [08:47]
Yeni hökumətin yarıtmaz fəaliyyəti sadə erməniləri qəzəbləndirib
Nikol Paşinyanın baş nazir postuna oturmasından sonra işğalçı Ermənistan ən gərgin günlərini yaşayır desək, yanılmarıq. Belə ki, bundan əvvəlki işğalçı-kriminal rejimin əlindən cana doymuş sadə əhali son 3 ayda da öz həyatında elə bir müsbət yenilik hiss etməyib. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, hakimiyyətə gətirilən Paşinyan və onun komandası çoxsaylı vədlər versə də, hələlik ortada hər hansı konkret iş yoxdur. Bir sözlə, baş nazir postunda fəaliyyətinin 100 günlüyünü qeyd etməyə hazırlaşan Nikol Paşinyan 17 avqust aksiyasına hər hansı ciddi uğurla getmir. Təsadüfi deyil ki, üç ay öncə küçə aksiyalarında Paşinyanı müdafiə edən sadə ermənilər artıq yeni hakimiyyətə qarşı tələblər ünvanlamağa başlayıblar.
Əslində, onların iddiaları haqsız deyil. Yəni dəyişiklik istəyən sadə vətəndaşlar N.Paşinyandan baş nazir olduqdan sonra gördüyü işlər haqqında konkret bir hesabat tələb etmək hüququna malikdirlər. Üstəlik, sadə erməniləri daha da qıcıqlandıran yeni hakimiyyətin bu 3 ay ərzində yol verdiyi ciddi səhvlərdir. Bu ciddi səhvlərdən sonuncusu isə həbsdə olan Robert Koçaryanın gözlənilməz şəkildə azad edilməsidir. Bu hadisədən sonra yeni hökumətin başçısı çıxıb “Facebook”da canlı yayımda “Ermənistanda xalq hakimiyyəti qurulduğunu, inqilabın qalibiyyətinin qarşısını ala biləcək qüvvənin olmadığını, olsa belə onların tarixin arxivinə göndəriləcəyini”, - deyərək xalqı sakitləşdirməyə çalışsa da, onun R.Koçaryanın adını çəkməkdən qorxması bəzi müəmmalar yaradır.
Buna baxmayaraq, artıq küçə eyforiyasından ayılan erməni xalqı bu cür populist çıxışlarla qane olacaq durumda deyil. Çünki Paşinyanın rəhbərlik etdiyi hökumətin fəaliyyət göstərdiyi üç ay ərzində ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması müşahidə olunmayıb, yeni iş yerləri açılmayıb və maliyyə sektorunun təkmilləşdirilməsi sahəsində heç bir irəliləyiş yoxdur. Yəni hakimiyyətin dəyişməsi insanların həyatında dəyişiklik etməyib, bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur. Üstəlik ədalət bərpa olunmayıb, dövlət qarşısında cinayət törədən, bu illər ərzində ölkəni talan edənlərin hamısının cəzalandırılması tam şəkildə həyata keçirilməyib. Əksinə, N.Paşinyan cinayətdə günahlandırılaraq həbs olunan birini pul əvəzində azadlığa buraxır, digərini şübhəli şəkildə məhkəmə azad edir. Əhalidə yeni hakimiyyətə qarşı məyusluq yaradan da məhz N.Paşinyanın bu kimi hallarda bəzi təhdidlərə boyun əyməklə əks-inqilabçılara manevr imkanları verməsi, olanların müqavimət göstərə biləcək qüvvəyə çevrilməsidir.
Erməniləri narazı salan digər səbəblərə gəlincə, onlardan ən əsası yerlərdə yeni hakimiyyətin qətiyyət nümayiş etdirməməsidir. Belə ki, əyalətlərdə baş verən özbaşınalıqlar, kiçik və orta sahibkarların vergi yığımlarına görə şikayətləri yeni hökuməti dalana dirəyir. Etirazçıların fikrincə, əvvəlki hakimiyyət dövründə zorakılığa məruz qalıblar, lakin yeni hakimiyyətin gəlməsi ilə heç bir şey dəyişməyib. Hökumət binası qarşısında aylardır işsiz qalan Amulsar mədənində çalışanların etiraz aksiyası da N.Paşinyan hakimiyyətinin nüfuzuna zərbə vuran digər amillərdəndir. Ermənistanda baş verən son hadisələr göstərdi ki, xalq, doğrudan da, acdır. Məsələn, baş nazirin mitinq keçirməyə hazırlaşdığı meydanda əyalətdən gələn, Nikolun özünə oxşar bir erməninin ayaqlarını oturacağa mismarlaması, onkoloji problemləri həll olunmayan narazı vətəndaşlardan birinin hökumət binasına bomba yerləşdirməyi planlaşdırdığını bildirməklə bütün İrəvanı ayağa qaldırması, bəzi media orqanlarında yeni baş nazirə müraciətlə “Nikol, xalq çörək istəyir” tələblərinin səslənməsi əhalinin ümidlərinin tükəndiyindən xəbər verir.
Bu təhlükəni hiss edən N.Paşinyan və komandası 17 avqust üçün bütün qüvvələrini var gücü ilə səfərbər edir, Ermənistanda mövcud olan bütün ictimai və siyasi qurumlara müraciət edərək tərəfdarlarını mitinqə gətirməsini xahiş edir. Belə ki, artıq sabiq prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi, “Yerkrapa” təşkilatı tərəfdarlarını 17 avqust mitinqinə qatılmağa çağırıb.
Aydındır ki, Paşinyanın komandası rəqiblərinə və xaricdəki dairələrə guya baş nazirin cəmiyyətdəki reytinqinin çox yüksək olduğunu göstərmək üçün aksiyanın daha izdihamlı olmasına çalışır. Ancaq bu aksiyanın baş tutması, izdihamlı olması indiki halda əhalini maraqlandırmır. Hətta ekspertlər belə bir qənaətdədirlər ki, artıq S.Sarkisyanı və onun xunta rejimini siyasi səhnədən uzaqlaşdıran erməni əhalisi onun vədlərini yerinə yetirməyən və köhnə sistemə boyun əyən N.Paşinyan hökumətini də tarixin zibilliyinə ata bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

