Ermənistanda siyasi böhran: daxili siyasi çəkişmələr kəskinləşir
07.07.2020 [09:43]
Uğursuzluq simvoluna çevrilmiş Paşinyan müxtəlif manevr və manipulyasiyalarla diqqəti yayındırmağa çalışsa da, işğalçı ölkədə xaos dərinləşir
İşğalçı Ermənistanda mövcud sosial-iqtisadi və ictimai-siyasi böhran cəmiyyətin müxtəlif təbəqələrində yaranan etiraz dalğasının fonunda qarşıdurma həddinə çatıb. Yerli media və ekspertlərin qənaətinə görə, ölkənin idarə edilməsində və problemlərinin həllində heç bir ciddi addım atmayan mövcud hakimiyyət getdikcə nüfuzdan düşür. Konstitusiyaya qanunsuz dəyişikliklər, koronavirusla mübarizədə heç bir əməli addım atılmaması, hökuməti fəaliyyətsizlikdə günahlandıranlara qarşı cinayət işi açılması hakimiyyətdən narazılığı daha da artırıb. Nikol Paşinyan isə ittihamlardan yayındırmaq və gündəmi dəyişdirmək üçün müxtəlif cəhdlərə baş vurur.
İndiki pandemiya dövründə cəmiyyətdə mövcud olan qeyri-müəyyənlik şəraitində hakimiyyətin təbliğatçıları guya vətəndaşların baş naziri dəstəklədiyi barədə saxta ictimai rəy yaratmağa çalışsalar da, vəziyyət tamam əksinədir. Erməni mediası və ekspertlərin fikrincə, baş nazirin və hökumətin nüfuzu çox aşağıdır. Məsələn, “tert.am”ın yazdığına görə, ictimai-siyasi xadim Samvel Fərmanyan deyib ki, hazırda baş nazirin real reytinqi 15 faizdən də aşağıdır: “Reallıq budur ki, bu gün N.Paşinyanın həqiqi, şişirdilməmiş reytinqi cəmi 11-13 faizdir”.
S.Fərmanyanın sözlərinə görə, Paşinyan ölkədə yeni siyasi böhranın yaranmasına səbəb olub və cəmiyyətin böyük əksəriyyətinin inamını itirib.
Yeri gəlmişkən, qeyd edək ki, ölkədə mövcud olan acınacaqlı vəziyyətin fonunda Ermənistanda konstitusiya günü qeyd edilməsinə görə müxtəlif fikirlərin səslənməsi daxili siyasi çəkişmələri daha da alovlandırıb. Belə ki, Ermənistanın baş naziri N.Paşinyan bazar günü konstitusiya və dövlət rəmzləri günü münasibətilə vətəndaşlara ünvanladığı təbrik məktubunda siyasi qalmaqal yaradan açqılamalar verib, yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu bildirib. Belə ki, 2021-ci ilə qədər hakimiyyətdə qalması şübhə altında olsa da, N.Paşinyan yeni konstitusiyanın qəbulu üçün gələn il referendum keçirmək niyyətindən bəhs edib. “Konstitusiyanın qəbulundan 25 il sonra əsas qanunun hakimiyyətin siyasi gündəminə tabe etdirildiyini”, - deyən hüquqşünas və Avropa hüququ üzrə ekspert Ara Kazaryan “Sputnik-Ermənistan”a müsahibəsində konstitusiyaya edilən qanunsuz müdaxiləyə münasibət bildirib: “Əslində konstitusiya ictimai tələblər əsasında dəyişdirilməlidir, buna görə də məsələni araşdırmaq və əslində, belə bir tələbin olub-olmadığını müəyyən etmək lazımdır”.
Konstitusiya məhkəməsi (KM) ilə bağlı Ermənistan parlamentində qəbul edilmiş dəyişikliklərə toxunan ekspert qeyd edib ki, KM ətrafındakı vəziyyət böhrandan xəbər verir: “Son bir neçə ay ərzində konstitusiya məhkəməsində baş verənlər sadəcə qanunun aliliyinin pozulması idi. Konstitusiyanın normalarına - demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət etmək lazımdır ki, xaos yaşanmasın”.
Təhlükəszilik xidmətinin keçmiş rəhbəri, “Hayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyan isə baş nazirdən fərqli olaraq yeni konstitusiyaya ehtiyac olmadığını bildirib. “News.am”ın yazdığına görə, partiya sədri bildirib ki, zaman keçdikcə konstitusiyaya dəyişiklik və təkmilləşdirməyə ehtiyac yarana bilər, ancaq mövcud konstitusiyanı tapdalamaq, pozmaq yolverilməzdir: “Konstitusiyanın öz məkrli maraqlarından çıxış edərək pozulması nəticəsiz qala bilməz”.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan isə KM ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsinə səs verən deputatların, onu imzalayan parlament sədri Ararat Mirzoyanın və baş nazirin gələcəkdə cinayət məsuliyyətinə cəlb olunacağına əminliyini bildirib: “Kimin hakimiyyətə gələcəyindən asılı olmayaraq, gələcəkdə parlamentin 89 deputatı və N.Paşinyan “konstitusiya çevrilişi” cəhdinə görə mühakimə olunacaq”.
M.Minasyanın sözlərinə görə, öz siyasi maraqlarını təmin etmək üçün əsas qanunu pozmaq və tapdalamaq yolu ilə hakimiyyəti ələ keçirən cinayətkarlar mütləq cəzalandırılacaqlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

