"NABUCCO" - davam, yoxsa tamam?
04.03.2010 [11:24]
Avropanın 6 ölkəsi tərəfindən ötən il “NABUCCO” ilə bağlı hökumətlərarası sazişin imzalanmasından xeyli müddət keçsə də layihənin irəliləməsi üçün ciddi addımların atılması hiss olunmur. Layihə tərəfdaşları 2009-cu ildə kəmərin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasının və digər hüquqi-texniki məsələlərin həllinin başa çatacağını və 2010-cu ildə “NABUCCO”nun inşası istiqamətində mühüm addımların atılacağını əmin etsələr də, bu yöndə heç bir dəyişiklik baş vermədi. Əksinə, layihə üzrə yaradılmış konsorsiumun əsas üzvlərindən biri olan Avstriya hökuməti bir müddət əvvəl “NABUCCO”nun gələcək taleyinin qaranlıqlı olmasına dair pessimist bəyanatla çıxış etdi.
Xatırladaq ki, qeyd olunan layihənin əsas təşəbbüskarı və dəstəkləyəni Avropa İttifaqıdır (Aİ) və bu qurum son dövrlər layihə ilə bağlı geriyə addımlar atması ilə nəzəri cəlb edir. Aİ digər enerji marşrutlarına qoşulmaq intensivliyi ilə yadda qalmaqdadır.
Etiraf etmək lazımdır ki, Avropa dövlətləri enerji təhlükəsizliyi sahəsində vahid mövqe nümayiş etdirə bilmirlər və regionda baş verən geosiyasi proseslər bu fikir ayrılıqlarını daha da gücləndirir. Bu tendensiya “NABUCCO” ilə bağlı işlərə də təsirini göstərməkdədir. Aİ dövlətləri hazırda daha çox “Şimal axını” və “Cənub axını” layihələrində təmsil olunmaq istiqamətində səylərini artırıb. İndiyədək Avropanın əsas iqtisadi gücləri olan Almaniya, Fransa və İtaliya Rusiya ilə perspektiv enerji layihələrində durğunluq nümayiş etdirirdilərsə, son 5 ayda bu dövlətlərin rəsmi Moskva ilə yanacaq sahəsində əməkdaşlığına dair fəallığı müşahidə olunur.
Fransa prezidenti Nikola Sarkozi həmkarı Dmitri Medvedevlə bir neçə gün əvvəl keçirdiyi görüşdən sonra ölkəsinin “Cənub axını” layihəsinə qoşulmaq niyyətini bəyan edib. Fransanı həmin layihədə “Electricite de France” şirkəti təmsil edəcək. Qeyd edək ki, bu gün Avropanın yanacaq istehlakçıları arasında Almaniya-Fransa-İtaliya üçlüyü ən böyük paya malikdir. Bu dövlətlərin illik birgə istehlak etdiyi enerji resurslarının həcmi, ümumilikdə Avropa dövlətlərinin istehlak payında 40 faizə bərabərdir. Bu gün Rusiya hər üç ölkəyə həm neft, həm də qaz ixrac edir. Kremlin regional enerji marşrutlarının demək olar ki, hamısı İtaliyanı əhatə edir. Yeri gəlmişkən, İtaliya “Şimal axını” və “Cənub axını” layihələrinə qoşulan ilk ölkələrdən biridir. Hətta bu layihəni “Qazprom” şirkəti ilə İtaliyanın “Eni” şirkəti birlikdə həyata keçirəcək. Artıq Fransanın “EDF” kompaniyası da bu hüquqa sahib olub.
Təbii ki, Rusiya Avropaya coğrafi cəhətdən yaxınlığına və böyük həcmdə enerji resurslarına malik olmasına görə, enerji siyasətində aparıcı yerlərdən birini tutmalıdır. Yəni, Moskvanı tamamilə yanacaq resurslarının təchizatında kənara qoymaq olmaz və bu, Avropa İttifaqı üçün çox ağır fəsadlarla nəticələnə bilər. Buna görə də, Rusiya ilə enerji sahəsində davamlı əməkdaşlığın qurulması olduqca vacibdir.
Bu amilləri nəzərə alan Avropanın supergüclərindən biri olan Almaniya da (Almaniya “NABUCCO” üzrə hökumətlərarası sazişə imza atmış əsas dövlətlərdən biridir) Rusiya ilə enerji sahəsində əməkdaşlığı gücləndirməyə başlayıb. Rəsmi Berlin hələ 2003-cü ildə Rusiya ilə Baltik dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan şimali Avropa və ya “Şimal axını” qaz kəməri ilə bağlı anlaşma əldə edib. Uzunluğu 1200 km olan qaz kəməri ilə iki xətt üzrə Almaniyaya ildə 55 milyard kubmetr həcmində qazın nəqli planlaşdırılır. Kəmərin birinci xəttinin 2010-2011-ci illərdə, ikincisinin isə 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Almaniyanın federal kansleri Angela Merkel Rusiya prezidenti Dmitri Medvedevlə bir müddət əvvəl Soçidə keçirdiyi görüşlərdə iki ölkə arasındakı enerji layihələri ilə bağlı perspektivlərə toxunarkən “Şimal axını”, o cümlədən, “Cənub axını” üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
“NABUCCO”da iştirakçı dövlətlərdən biri olan Türkiyə də Rusiyanın enerji sahəsində ən strateji tərəfdaşlarından birinə çevrilib. Belə ki, son illərdə enerji sahəsində ölkələr arasında çox mühüm sazişlər imzalanıb. Rusiya Türkiyə ilə Samsun və Ceyhan limanlarını birləşdirəcək yeni neft kəmərinin, “Mavi axın” qaz kəmərinin ikinci hissəsinin, həmçinin də, Rusiyanın Avropaya qaz göndərmək üçün nəzərdə tutduğu “Cənub axını” qaz kəmərinin tikintisinə dair də razılaşma əldə edib.
Göründüyü kimi, “NABUCCO” ilə bağlı ötən il imzalanmış hökumətlərarası sazişə imza atmış 6 dövlətin demək olar ki, hamısı “Cənub axını” layihəsində iştirak etmək üçün rəsmi Moskva ilə anlaşma sənədi imzalayıblar. ümumiyyətlə, Avropada 5-6 ölkəni istisna etsək, demək olar ki, bütün Aİ ölkələri “Cənub axını” layihəsinə qoşulublar. İsveç, Polşa, çexiya, Finlandiya və Estoniya kəmərin öz ərazi sularından keçməsinə razı olmayıb. İndiyə qədər layihədə iştirakla bağlı tərəddüdlər edən Xorvatiya isə 2 gün əvvəl layihəyə dair dövlətlərarası sazişə imza atıb.
2013-cü ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan “Cənub axını” ilə ildə 60-65 milyard kubmetr yanacaq nəqli nəzərdə tutulur. Hesablamalara görə, 2020-ci ildə Avropa İttifaqı ölkələrində təbii qaz istehlakının illik həcmi 620 milyard kubmetrə çatacaq ki, bunun da 500 milyard kubmetrini idxal qazı təşkil edəcək. Rusiyanın müəllifi olduğu “Şimal axını”, “Mavi axın” və “Cənub axını” kəmərləri ilə birlikdə nəql olunacaq qazın həcmi 160-170 milyard kubmetr proqnozlaşdırılır və bu, yenə də Avropanın tələbini təmin etmək iqtidarında deyil. Məsələ ondadır ki, bu tendensiya digər alternativ kəmərlərin çəkilişini də zəruri edir. Yəni, “NABUCCO” çəkilsə belə, Aİ-nin qaz ehtiyaclarını ödəmək mümkün olmayacaq və başqa kəmərlərin gerçəkləşməsi qaçılmaz olacaq. Ona görə də, bu gün Qərb istiqamətində nəzərdə tutulan layihələri bir-birinə alternativ marşrutlar kimi deyil, şaxələndirmənin tərkib hissəsi kimi səciyyələndirmək lazımdır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

