Mövcud daxili gərginlik Ermənistana xaos və anarxiya vəd edir
18.12.2020 [08:54]
Ermənistanda noyabrın 10-dan başlayan xaos və siyasi qarşıdurma özünün növbəti mərhələsinə qədəm qoyub. Belə ki, dekabrın 8-dən “Vətənin xilası naminə hərəkat”ın çağırışı ilə ölkənin hər yerində başlayan vətəndaş itaətsizliyi aksiyalarına məhəl qoymayan baş nazir Nikol Paşinyanı istefaya məcbur etmək üçün artıq gələn həftədən ümumrespublika tətilləri keçirmək planlaşdırılır. Paşinyan isə gərginliyi nisbətən aşağı salmaq üçün bütün yollara baş vurur. Belə ki, o, 19 dekabrda ölkədə üçgünlük matəm elan edib. Bununla Paşınyan ölkədə davam edən kütləvi etiraz aksiyalarının qarşısını almaq istəyir.
“Aysor.am” saytı yazır ki, Yerevanda müxalifət nümayəndələri və digər vətəndaşlar N.Paşinyanın istefası tələbi ilə yürüş keçiriblər. Dekabrın 17-də Tumo parkından paytaxtın mərkəzinə doğru yürüş edən etirazçılar “Nikolsuz Ermənistan”, “Nikol, get” və digər şüarlar səsləndiriblər. Yerevanda keçirilmiş “Ləyaqət yürüşü”ndə çıxış edən “Daşnaksutyun” partiyasının idarə heyətinin üzvü İşxan Saqatelyan elan edib ki, şənbə günü Azadlıq meydanında mitinq keçiriləcək, 22 dekabrdan isə bütün Ermənistan ərazisində tətil və itaətsizlik aksiyalarına start veriləcək.
“News.am” yazır ki, müharibədə itkin düşənlərin yaxınları da etiraz aksiyalarını davam etdirir. Belə ki, onlar bu dəfə Vayk rayonundan keçən Ermənistan-İran dövlətlərarası yolu bağlayıblar. İtkin düşənlərin yaxınları Şirak vilayətinin mərkəzi Gümrü şəhərində də aksiya keçiriblər. “Joğovurd” qəzeti isə yazır ki, Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilərinin zəruriliyini anlamağa başlayıb və seçki məcəlləsindəki dəyişiklikləri fəal şəkildə müzakirə edir: “Paşinyanın hakim “Mənim addımım” fraksiyasının deputatları ilə son görüşü növbədənkənar parlament seçkiləri mövzusuna həsr olunub. Yığıncaqda baş nazir dəyişikliklərlə bağlı fikrini deyib. Reytinq sisteminin ləğvinə, tam proporsional seçki sisteminin tətbiqinə tərəfdar olduğunu söyləyib”.
Qəzetin yazdığına görə, iclasda ədliyyə naziri Rüstəm Badasyan və keçmiş təhsil, elm, mədəniyyət və idman naziri, Paşinyanın hazırkı baş müşaviri Araik Harutyunyan da iştirak edib. Nəşr yazır ki, fraksiya daxilində son dərəcə gərgin bir atmosfer hökm sürür, bəzi deputatlar hakimiyyətin cəmiyyətdəki əhval-ruhiyyəni dəyişdirə və böhrandan çıxa bilməyəcəyini və konkret tədbirlərin görülməsinin vacib olduğunu düşünür: “Paşinyanın komandası hesab edir ki, təkcə seçki sistemində islahatlar apararaq insanların vəziyyətini dəyişdirmək mümkün deyil və yaxın gələcəkdə növbədənkənar seçkilərin vaxtını elan etmək lazımdır”.
“Past” qəzeti isə belə bir məlumat yayıb ki, Paşinyan dekabrın 31-də istefa verdiyini açıqlayacaq və növbədənkənar seçkilərin vaxtını elan edəcək. Lakin müxalifət Paşinyan hökumətinin nəzarətində seçki variantını məqbul hesab etmir.
Göründüyü kimi, Paşinyan narazı kütlənin tələblərinə baxmayaraq, hələlik təslim olmaq istəmir. Yerli ekspertlər qeyd edirlər ki, N.Paşinyanın istefası da məğlub Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çünki bütün dövlət qurumlarının iflic duruma düşməsindən, cəmiyyətdəki ciddi iğtişaşlardan və narazılıqdan istifadə edən revanşist qüvvələr hakimiyyətə gəlmək istəyir. Paşinyan isə açıq şəkildə sübut edir ki, hakimiyyəti əldən vermək istəmir. Bu vəziyyət isə ölkənin həqiqətən də, vətəndaş müharibəsi təhlükəsinə doğru getdiyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

