Seçki məcəlləsinə dəyişikliklər təklifi Ermənistanda gərginliyi daha da artırıb
02.04.2021 [22:10]
Ermənistanda aylardır davam edən siyasi böhran seçkiqabağı dövrdə daha da dərinləşib. Yerli mətbuatın yazdığına görə, hakimiyyətin qanunvericilik təşəbbüsü ilə seçki məcəlləsinə dəyişikliklər məsələsinin Ermənistan parlamentində müzakirəyə çıxarılması parlamentdaxili qüvvələr arasında qarşıdurmaya səbəb olub. Belə ki, məsələnin müzakirəsi zamanı müxalifəti təmsil edən deputatlar iclas zalını tərk ediblər. Qeyd edək ki, mərkəzi seçki komissiyası da seçki məcəlləsinə (SM) dəyişikliklərə qarşı çıxıb.
Buna baxmayaraq, “News.am”ın yazdığına görə, Ermənistan parlamenti artıq seçki məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” fraksiyalarının deputatları həm müzakirəni, həm də səsvermə prosesini boykot etsələr belə, qanunvericilik təşəbbüsü 82 deputat tərəfindən yekdilliklə dəstəklənib. Beləliklə, hakim “Mənim addımım” bloku bir neçə bitərəf deputatın dəstəyi ilə düzəlişləri həyata keçirməyə nail olub. Nəticədə “reytinq seçki sistemi” və pandemiya dövründə seçkilərin keçirilməməsi ilə bağlı bənd ləğv edilib. Qeyd edək ki, dəyişikliklərə görə, proporsional seçki sistemi də bərpa edilib. Bundan əlavə, partiyalar və birliklər üçün yeni keçid həddi müəyyən edilib.
Hakimiyyətin “reytinq sistemi”ndən imtina təşəbbüsü ilə bağlı “Armenia today”ə açıqlama verən “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan hakim fraksiyanın tərkibinin legitim olmadığını vurğulayıb: “Çünki bu fraksiyanın bütün üzvləri özlərinin seçildiyi sistemi tənqid edirlər”.
Marukyan onu da əlavə edib ki, Ermənistanda gözlənilən parlament seçkilərinin legitimliyi də indidən şübhə altındadır: “Müxalifət qüvvələrinin boykot etdiyi halda hakim siyasi çoxluq seçki məcəlləsinə dəyişiklikləri qəbul edib. Bununla da 20 iyun növbədənkənar parlament seçkiləri şübhə altına alınıb. Hakim fraksiya qəbul etdiyi dəyişikliklərlə öz “siyasi məzarı”nı qazır. Bu, sizin sonunuz olacaq”.
Yerli medianın yazdığına görə, parlamentdəki böhrana baxmayaraq, bəzi partiyalar seçkiqabağı qərargahlarını yaratmaqda davam edirlər. Məsələn, elə “Maariflənən Ermənistan” partiyasının seçkiqabağı qərargahına David Xacakyanın rəhbərlik edəcəyi elan edilib. Partiya sədri E.Marukyan isə deyib ki, partiya Paşinyan və Koçaryanla koalisiyaya getmək variantını istisna edir: “İndiki baş nazirin və hər hansı keçmiş rəhbərin hökumətin başçısı olmasına imkan verməməliyik”.
Bu arada “Mənim addımım” blokunun siyahısının necə tərtib olunacağı da bilinib. Belə ki, “Hraparak” qəzeti hakim komandanın seçki siyahısının formalaşmasına dair bəzi təfərrüatları təqdim edib. Qəzetin iddiasına görə, “Mənim addımım” blokunun seçki siyahısı baş nazir tərəfindən formalaşdırılacaq: “Paşinyanın parlamentin sədri Ararat Mirzoyandan narazılığına baxmayaraq böyük ehtimalla siyahıda ikinci yeri indiki spiker tutacaq. Vitse-spiker Lena Nazaryan və fraksiya rəhbəri Lilit Makunts siyahıda qadınlar arasında birincilik uğrunda mübarizə aparırlar”.
Beləliklə, demək olar ki, məğlub Ermənistanda siyasi böhran indi də parlamentdə və hakim komandanın daxilində davam edir. Hakimiyyətin seçki məcəlləsinə dəyişikliklər təklifinin müxalifətin boykotu və kəskin etirazı ilə müşayiət edilməsi də bunu sübut edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09

