Ermənistanda seçkiqabağı gərginlik yeni mərhələyə qədəm qoyub
20.05.2021 [09:15]
Ermənistanda seçkiqabağı gərginlik yeni mərhələyə qədəm qoyub. Bu da səbəbsiz deyil. Belə ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın qəbulunda əsas rol oynayan parlamentdəki müxalifət partiyalarının daxilindəki gərginlik daha da şiddətlənib. Bu isə onların seçkidə uğur əldə etməsini sual altına alır. Məsələn, “Hraparak” qəzeti yazır ki, “Çiçəklənən Ermənistan” fraksiyası daxilində mənəvi-psixoloji gərginlik hökm sürür: “Belə ki, parlamentin həmin fraksiyadan olan indiki deputatlarının heç biri partiyanın seçki siyahısına daxil edilib-edilməyəcəyini bilmir. Partiya sədri Qagik Çarukyan siyahını təkbaşına tərtib edir”.
Qəzet yazır ki, sonuncu parlamentdə müxalifəti təmsil edən “Maariflənən Ermənistan” partiyası bu məsələdə “Çiçəklənən Ermənistan”dan heç də geri qalmır: “İlk onluğa düşən namizədlər barədə məlumat verilmir. Partiya sədri Edmon Marukyan hələ də seçkidə partiyaya səs qazandıra biləcək partiya üzvü olan və bitərəf şəxslərlə fəal şəkildə danışıqlar aparır”.
“Joğovurd” qəzeti isə yazır ki, seçkiqabağı dövrdə hakimiyyətdaxili qruplaşmalar arasında da çəkişmələr mövcuddur: “Məsələn, baş nazirin müavini Tiqran Avinyan, hökumət aparatının rəhbəri Arsen Torosyan, baş nazirin müşaviri Arayik Arutyunyandan ibarət üçlük KİV-ə bəzi vəzifəli şəxslər haqqında müxtəlif məlumatlar ötürməklə onların işdən qovulmasına və ya Paşinyanın “qara siyahı”sına düşməsinə səbəb olurlar”.
Paşinyanın səriştəsiz idarəçiliyinə toxunan “Hraparak” qəzeti isə yazır ki, baş nazir Ermənistan Təhlükəsizlik şurasını “ümumi həyət”ə çevirib, ürəyi kimi istəsə, iclasa dəvət edir: “Paşinyan şura üzvü olmayan baş prokuror Arsen Torosyanın və nazir vəzifəsini icra edən Suren Papikyanın sonuncu iclasda iştirakına imkan yaradıb”.
Ümumiyyətlə, yerli ekspertlər Ermənistan rəhbərliyində təmsil olunan yüksəkvəzifəli şəxslərin gələcək üçün konkret planlarının olmadığını qeyd edirlər. Onların qənaətinə görə, hazırda hökumətdə yüksək vəzifə icra edənlər indiki məqamda nə edəcəklərini bilmirlər. Məsələn, “Hayatsk” analitik mərkəzinin idarə heyətinin sədri Karen Bekaryan yerli telekanallardan birinə verdiyi açıqlamada Paşinyan hakimiyyətini yeni avantüraya rəvac verməkdə suçlayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə məsuliyyəti özündən yayındırmaq üçün müxtəlif təxribatlara əl atır.
Beləliklə, görünən odur ki, seçkiyə hazırlaşan məğlub Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. Parlament seçkilərində iştirak niyyətində olan müxalif siyasi partiyalar və iqtidar daxilindəki çəkişmələr də bunu deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

