Məğlub Ermənistanda daxili siyasi böhran dərinləşməkdədir
18.07.2021 [09:19]
Məlum olduğu kimi, növbədənkənar parlament seçkilərindən 1 aya yaxın vaxt keçsə də, müxalifət tərəfindən seçkilərlə bağlı konstitusiya məhkəməsinə ünvanlanan şikayətlər Ermənistanda siyasi böhranın dərinləşməsinə səbəb olub. Erməni mətbuatı yazır ki, parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətlərə konstitusiya məhkəməsində baxılması iyulun 15-də başa çatsa da, yekun qərarın hələ açıqlanmaması məğlub ölkədəki siyasi qeyri-müəyyənliyi artırır.
Qeyd edək ki, müxalifətin seçkilərin nəticələrinin ləğvini tələb etməsi Paşinyan hakimiyyətinin siyasi opponentlərinə qarşı repressiyalara baş vurmasına gətirib çıxarıb. Belə ki, erməni mediasının yazdığına görə, parlamentdə mandat qazananlar da daxil olmaqla hüquq-mühafizə orqanları son günlər “Ermənistan” blokuna daxil olan siyasi partiyaların üzvlərinin bir çoxunu həbs edib. “Panorama.am” yazır ki, “Ermənistan” blokundan namizəd, Gorus şəhər bələdiyyə sədri Aruş Aruşanyanın 2 ay müddətinə həbsi ilə bağlı qərar qəbul edən məhkəmə “Zəngəzur” mis-molibden kombinatının təhlükəsizlik şöbəsinin müdiri Aram Qasparyan barədə də bir ay müddətinə həbs qərarı çıxarıb. “Fakt İnfo” xəbər yayıb ki, Sisian bələdiyyə başçısı Artur Sarkisyan da həbs olunub.
“News.am” isə yazır ki, “Zəngəzur” mis-molibden kombinatının sahibi, “Yüksələn Ermənistan” partiyasının lideri Vahe Hakopyan deyib ki, Ermənistanda diktatura qurulur, hüquq-mühafizə orqanları oyuncağa çevrilib.
Bununla yanaşı, Ermənistanda xaos vəziyyəti də davam edir. “Hraparak” qəzeti yazır ki, bir neçə gün əvvəl indiki və keçmiş qubernatorların oğulları arasında baş verən atışma faktı ilə əlaqədar olaraq cinayət işi başlanıb: “Məsələ burasındadır ki, avtomat silahdan atəş açaraq iki vətəndaşı yaralayan Sünik (Zəngəzur) vilayətinin qubernatoru vəzifəsini icra edən Melikset Poğosyanın oğludur. Sakinlərin dediyinə görə, o da yaralanıb, ancaq gizlənir”. Qəzet yazır ki, bu faktlar Ermənistanın anarxiya və özbaşınalıq dövrünə doğru yuvarlandığını göstərir.
Bu arada, “News.am” yazır ki, ölkədə keçirilən növbədənkənar seçkilər daxili siyasi böhranın nəinki aradan qalxmasına, hətta daha da genişlənməsinə səbəb olub: “Ermənistanda daxili siyasi böhran daha da dərinləşib. Ölkəni bu vəziyyətə gətirib çıxaran amil cəmiyyətdə siyasi, politoloji yetkinliyin mövcud olmamasıdır”.
Beləliklə, məğlub ölkədə siyasi dözümsüzlük hökm sürür, üstəlik, siyasi baxışlarına görə vətəndaşların təqib olunması kəskin xarakter alıb. Mövcud durumu dəyərləndirən yerli ekspertlər də növbədənkənar seçkilərdən sonra Ermənistanda daxili siyasi böhranın davam etdiyini vurğulayırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

