Ermənistanda sosial-iqtisadi böhran davam edir
11.08.2021 [09:03]
Məlum olduğu kimi, uzun illərdir sosial-iqtisadi problemlərlə üz-üzə qalan Ermənistan ötən il 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra yeni tənəzzül dövrünə qədəm qoyub. Belə ki, məğlub ölkə ciddi ictimai-siyasi xaosla yanaşı, dərin sosial-iqtisadi böhran dövrünü də yaşayır. Erməni KİV-i yazır ki, iqtisadiyyatı tamamilə sıradan çıxan dövlətin vətəndaşları hər fürsətdə ölkəni tərk etməyə, xaricə üz tutmağa çalışırlar. Məhz bu səbəbdən son aylarda ölkəni tərk edənlərin sayı dəfələrlə artıb. İqtisadçı ekspertlərin qənaətinə görə, hazırkı vəziyyət məğlub ölkə üçün iqtisadi inkişaf və sosial rifah vəd etmir.
Yeri gəlmişkən, real statistik məlumatlar əsasında iqtisadçı ekspertlərin hazırladığı hesabatlarda Ermənistanda 2021-ci ilin birinci yarısında sosial-iqtisadi böhranın davam etməsi faktı da təsdiq edilir. “News.am” yazır ki, bu məsələyə diqqət yetirən yeni parlamentin “Ermənistan” fraksiyasından olan deputatı, iqtisadçı Tadevos Avetisyan qeyd edib ki, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə sosial müavinətlərin, pensiyaların, minimum əməkhaqqının, dövlət qulluqçularının məvaciblərinin artımı baş verməsə də, ciddi bahalaşma qeydə alınıb. T.Avetisyanın dediyinə görə, bu mənfi tendensiya yaxın aylarda da davam edəcək. “Vətəndaşların real gəlirləri durmadan azalır və yoxsulluq, o cümlədən səfalət daim artır. 2020-ci ilin əvvəli ilə müqayisədə son altı ay ərzində Ermənistanın xarici borcu 10,3 faiz və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun davamlı artması ölkənin gələcək inkişaf imkanlarını da məhdudlaşdırır”, - deyən iqtisadçının sözlərinə görə, davam edən böhran fonunda ölkədən yeni bir mühacirət dalğasının formalaşması qaçılmaz olacaq: “Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında respublikanı tərk edən vətəndaşlarının sayı Ermənistana gələnlərin sayını 94,338 nəfər üstələyir”.
“Panorama.am” isə yazır ki, iqtisadçı Suren Parsyan Ermənistan mərkəzi bankının inflyasiyanı idarə edə bilmədiyini qeyd edib. Ölkədəki acınacaqlı iqtisadi vəziyyətə dair növbəti məqalə ilə çıxış edən iqtisadçı yenidən maliyyələşdirmə faizinin artmasına və bununla əlaqədar mümkün nəticələrə toxunub: “Mərkəzi bank bu il 4-cü dəfə yenidən maliyyələşdirmə faizini 7 faizə çatdırdı. Bunun səbəbi inflyasiyanın hər gün dərinləşməsidir. Statistika komitəsinin dərc etdiyi məlumatlara görə, 2021-ci ilin yanvar-iyul aylarında malların, ərzaq məhsullarının qiymətləri dəfələrlə artıb. Aydın məsələdir ki, mərkəzi bank uğursuz pul siyasəti ilə qiymət sabitliyini təmin edə bilməz. Dağ-mədən sənayesinə və tikinti sahəsinə, real sektora investisiya qoyulmadığı şəraitdə Ermənistanda qiymətlər artmaqda davam edəcək”.
Beləliklə, erməni ekspertlərin etiraf etdikləri kimi, Ermənistanda sosial-iqtisadi böhran davam edir. Vətəndaşların real gəlirlərinin durmadan azalması məğlub ölkədə yoxsulluğun artmasına səbəb olur. Ölkədəki bu acınacaqlı vəziyyət isə ermənilərin kütləvi şəkildə miqrasiyasına gətirib çıxara bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

