Muğla böhran mərkəzində Türkiyədə baş verən yanğınlarla bağlı müşavirə keçirilib
12.08.2021 [09:21]
Türkiyədə meşə yanğınları ilə mübarizədə səmərəliliyi artırmaq məqsədilə bu ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) nəzdində Muğla vilayətinin Marmaris rayonunda yaradılmış regional Fəlakət və Təcili İdarəetmə Mərkəzində avqustun 11-də müşavirə keçirilib.
AZƏRTAC-ın yanğın böhran bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, 26 işçi qrupun fəaliyyət göstərdiyi Fəlakət və Təcili İdarəetmə Mərkəzinin toplantısında Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu , Muğla valisi Orxan Tavlı, Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Fatma Betül Sayan Kaya, Muğladan olan deputatlar Yelda Erol Gökcan və Mehmet Yavuz Demir və digər şəxslər iştirak ediblər.
Toplantıda Mərkəzə cəlb edilmiş qrupların fəaliyyəti, bölgədəki meşə yanğınları ilə mübarizə istiqamətində görülən işlər, əməliyyatlarda istifadə edilən texniki vasitələr, həmçinin xilasetmə və təxliyə sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. FHN-in yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki yanğın nöqtələrindəki fədakar fəaliyyəti yüksək qiymətləndirilib və gələcəkdə bu istiqamətdə görülə biləcək birgə işlər müzakirə edilib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib: “Meşə yanğınları ilə mübarizəmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox təşəkkür edirik”.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mübarizəyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.
Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib: “Ölkəmizin tariximizdə ən böyük yanğınlardan biri ilə günlərdir qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük güc verdi”.
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum isə iki qardaş ölkənin daim bir-birinin yanında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə qardaşlığı sonsuza qədər davam edəcək.
Muğla valisi Orhan Tavlı Azərbaycanın bu çətin günlərdə qardaş Türkiyənin yanında olduğu üçün minnətdarlıq hisslərini ifadə edib. Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin çiyin-çiyinə mübarizə aparmasından danışan vali qeyd edib ki, bu qardaşlıq bütün dünya üçün nümunədir.
Mehmet Yavuz Demir və Yelda Erol Gökhan azərbaycanlı qardaşların bu çətin günlərdə Türkiyənin yanında olduqlarını deyiblər.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə gələn FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyətindən danışıb. Nazir müavini yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində aparılan birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycandan olan yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki həmkarları ilə birlikdə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini və bu istiqamətdə yorulmadan çalışdıqlarını deyib.
Nazir müavini qeyd edib ki, bu gün Köyceğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq demək olar ki, Köyceğizdəki yanğınlar nəzarət altına alınıb.
General-leytenant avqustun 10-da olan son məlumatları diqqətə çatdıraraq bildirib: “FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köyceğiz və İlanlı dağında xidmət aparıb. Bu ərazidə 77 yanğınsöndürmə avtomobili xidməti fəaliyyət həyata keçirib. Əməkdaşlarımız Köyceğizdə yanğın ocaqlarının soyudulması işlərini görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orada 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı”.
Nazir müavini deyib: “Şəhər, rayon və kəndlərdə Azərbaycan yanğınsöndürənlərinə çox gözəl münasibət var. Bu, bizim üçün həm də bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!”.
Tədbirin sonunda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

