Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib

Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib

14.06.2022 [11:54]

"Pakistan hökuməti defolta yol verməmək üçün neft məhsullarına subsidiyaların ayrılmasını dayandırmalıdır".

“Report” “Geo TV” telekanalına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Miftah İsmayıl bəyan edib.

Onun sözlərinə görə, hökumət qiymətləri qaldırmasa, Beynəlxalq Valyuta Fondu (BVF) Pakistanla saziş bağlamayacaq və bu, defolta səbəb ola bilər.

Xatırladaq ki, BVF may ayında xarici maliyyələşdirmə mexanizmi (EFF) çərçivəsində Pakistana 6 milyard ABŞ dolları yardım göstərilməsinin bərpasını təxirə salıb. Yardımın bərpası üçün əsas şərt kimi yanacaq və elektrik enerjisi istehsalına subsidiyaların ayrılmasının dayandırılması irəli sürülüb.

Paylaş:
Baxılıb: 1467 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31