Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

06.12.2023 [16:20]

Xilasedicilər İndoneziyada vulkan püskürməsi nəticəsində ölən daha doqquz nəfərin cəsədini aşkarlayıb və beləliklə, həlak olanların sayı 22 nəfərə çatıb.

Püskürmənin davam etməsi bir neçə gündür axtarış-xilasetmə əməliyyatlarına mane olur. Təbii fəlakət nəticəsində itkin düşən bir nəfər hələ də tapılmayıb.

Püskürmə zamanı həmin rayonda 75 turist olub, onların bir çoxu evakuasiya edilib. Əksəriyyəti yanıq xəsarəti alan 12 turist xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dekabrın 3-də İndoneziyada 2891 metr hündürlükdə yerləşən Marapi vulkanı püskürməyə başlayıb. O, Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu il də həmin vulkanın püskürməsi nəticəsində 60 nəfər həlak olmuşdu.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30