Nəriman Həsənzadə: “Ömür - yarı sual, yarı imtahan” ...
04.07.2014 [09:46]
İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa nail olan Xalq şairi, kulturoloq - alim, professor Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır. Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daim axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin əməkdaşı, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcüməçisi və redaktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının mətbuat katibi, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin məsul katibi Şəlalə Kəsəmənlinin “Nəriman Həsənzadə: “Ömür - yarı sual, yarı imtahan...” kitabında Xalq şairi Nəriman Həsənzadənin oxucuların ixtiyarına verilən, onun şeir təşnəsindən süzülüb gələn seçilmiş kəlamlar - aforizmlər həyatda çətinə düşən, çıxış yolu axtaran, doğru - düzgün, müdriklərin getdiyi yolla getmək istəyən hər kəs üçün qaranlıq qalan bir sıra incə məqamlara aydınlıq gətirir, insan ömründə iz salan ən müxtəlif çalarları - Həyatı, Ölümü, Sevgini, Gözəlliyi, Məhəbbəti, Aliliyi ümumbəşəri dəyərlərə söykənərək dərk etməyimizə kömək olur.
Yüksək zövqə malik, gözəllikdən anlayan, onu xüsusi bir etina ilə, böyük həssaslıq və zərifliklə qavrayan Nəriman Həsənzadə şeirinin hər bir misrasında bu gözəllik aşiqliyi ilə yanaşı eyni bir yanğı da özünü dərhal oxuculara hiss etdirir. Kitabda müəllifin seçdiyi Nəriman Həsənzadə poeziyasından ən lirik tonlarla bəzənmiş misraları oxuduqca hiss edirsən ki, Xalq şairi əlinə qələm alandan məhz həsrətin şeirini yazıb. O, bu geniş dünyaya göz açıdığı gündən həmişə nəyinsə həsrətində olub. Əvvəlcə ata həsrəti, bacı-qardaş həsrəti, sonra ana həsrəti. Sonra da bu həsrətlərə dünyadan vaxtsız köçən ömür-gün yoldaşının həsrəti, nisgili də əlavə olunub. Amma şair həsrətinin, nisgilinin günahını heç nədə görmür, heç dünyanı da günahkar bilmir. Çünki o, fərqindədir ki, “Boşalır bir yandan, dolur bir yandan” - dediyi dünyada həsrət də, nisgil də insanı kamilləşdirən, onu mərtəbə - mərtəbə dəyərə mindirən bir alilikdir:
İztirab həyatda ömrün mənası,
Xoşbəxtlik ötəri bir əyləncədir -
deyən şair həyatı, insanları, sevgini özünəməxsus fəlsəfi baxışla, dərin bir incəliklə dəyərləndirir. Şairin “ustad” adlandırdığı, Azərbaycan ədəbi - tənqidinin görkəmli nümayəndələrindən olan Mir Cəlalın Nəriman Həsənzadə haqqında fikirlərinə müraciət etmək məhz bu məqamda yerinə düşər: “Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir... O qarşısında dayandığı hər şeyi dilə gətirib danışdırır, həsbi - hala cəlb edir,... ürəyinə yaxın hər şeydən dərin bir məna, şeir ülviyyəti çəkmək istəyir”...
...Şair doğulduğu torpağın səsidir... - deyən Xalq şairinin bu kitabda məhəbbət, sevgi kimi ülvi duyğular haqqında aforizm və müdrik deyimlərdən başqa müəllifin müxtəlif illərdə qələmə aldığı publisistik məqalələrindən seçilmiş dərin məzmunlu ədəbi düşüncələri, onun idrakından süzülüb gələn təfəkkür nümunələri, bəzi görkəmli sənətkarlar, ədiblər haqqında söylədiyi fikirlər, o cümlədən müxtəlif vaxtlarda verdiyi müsahibələrdən parçalar toplanıb.
İnanırıq ki, bu kitab şeirə, sözə “şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərilə, rənglərilə birlikdə təbiətin özüdür, əslidir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər doğma və amansızdır” - deyən ustad sənətkarımızın yaradıcılığı haqqında dəyərli bir mənbə olacaq
Oktay
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

