Gənc yazıçının “Ev dustağıyam” kitabının təqdimatı olub
28.07.2021 [16:32]
İyulun 28-də Bakı Kitab Mərkəzində yazıçı Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, “Ev dustağıyam” romanı müəllifin Azərbaycan dilində yazdığı ilk əsərdir. Müəllifin uzun illər Londonda yaşadığını deyən G.Anarqızı bildirib ki, yazıçı gənclər üçün bir örnəkdir, çünki o, ölkəmizi xaricdə layiqincə təmsil edir. O, kitabını azadlığı sevən insanlara həsr edən Şah Selimi Türkaya uğurlar arzulayıb və əsərin oxucuların marağına səbəb olacağını söyləyib.
Əsərin olduqca maraqlı və peşəkar səviyyədə yazıldığını bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib ki, kitabı oxuduqdan sonra onda suallar yaranıb və o, bu suallara romanın son fəslində cavab tapıb. Əsərin əvvəlcə ingilis dilində yazıldığını, sonradan müəllif tərəfindən tərcümə olunduğunu deyən Rəşad Məcid bildirib ki, mətn Azərbaycan dilində olduqca qeyri-adi və orijinal səslənir: “Hamı bilir ki, böyük romanlar insanları qorxudur, ancaq bu kitab məni cazibəsinə aldı və əsəri axıra qədər oxudum”, - deyə Rəşad Məcid vurğulayıb.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi əsərə Azərbaycanın tanımış yazıçıları tərəfindən müsbət rəy verildiyini söyləyib. Qeyd edib ki, bu, Şah Selimi Türkay üçün böyük uğurdur. O, bunun yazıçı üçün bir motivasiya olacağını deyib.
İştirakçılara təşəkkür edən Şah Selimi Türkay əsərlə bağlı fikirlərini bölüşüb: “Romanın ümumi məğzi azadlıqda olarkən öz daxili dustaqlıq həyatını yaşayan insanlar barəsindədir. Mən nümunəvi, həqiqi müəllim obrazı yaratmaq istəmişəm. Ümid edirəm yaratdığım həqiqi müəllim obrazı bir çox gənclərimizə nümunə olacaq”.
Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

