Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / AEBA rəhbəri BƏƏ-dəki AES-ə hücumun ağır radioaktiv fəsadlar doğuracağı barədə xəbərdarlıq edib

AEBA rəhbəri BƏƏ-dəki AES-ə hücumun ağır radioaktiv fəsadlar doğuracağı barədə xəbərdarlıq edib

20.05.2026 [20:49]

BMT-nin nüvə nəzarəti orqanı – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərindəki “Barakah” AES-ə birbaşa hücumun ciddi radioaktiv nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının obyekti hədəf alan son dron hücumundan sonra təcili iclasında çıxış edən Rafael Qrossi vəziyyətin çox narahatedici olduğunu bildirib: “Bu, Yaxın Şərqdə bir nüvə obyektidir və hücumun nəticələri çox ağır ola bilər”.

Qrossi vurğulayıb ki, Əbu-Dabi Əmirliyində - eyni adlı paytaxtdan təxminən 300 kilometr məsafədə yerləşən “Barakah” AES təzə və işlənmiş yanacaq da daxil olmaqla minlərlə kiloqram nüvə materialı olan obyektdir. “Barakah” AES-ə hücum halında, birbaşa zərbə ətraf mühitə çox yüksək radioaktivlik buraxılmasına səbəb ola bilər”, - deyə o bildirib.

Qrossi əlavə edib ki, xarici elektrik təchizatı xətlərinə dəyən ziyan da ciddi risklər yarada və potensial olaraq reaktorun nüvəsinə zərər verə bilər. O, həmçinin xəbərdarlıq edib ki, hər iki ssenari üçün təcili qoruyucu tədbirlər, o cümlədən təxliyə, sığınacaq və bir neçə yüz kilometrə qədər uzanan məsafələrdə sabit yoddan istifadə tələb olunacaq.

Bazar günü BƏƏ rəsmiləri bildiriblər ki, İranın dron hücumu nəticəsində “Barakah” AES-in yaxınlığında yanğın baş verib.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31