Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
04.03.2022 [10:20]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə ədəbiyyatımızı dünyaya tanıtmağın yolları mövzusunda diskussiya aparılıb. Müzakirəyə “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı, “Qanun” Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayar və yazıçı, tərcüməçi Etimad Başkeçid qatılıb. Söhbətin mətnini təqdim edirik.
Fəxri Uğurlu: Dostlar, istərdim birbaşa əsas sualımıza keçək: bizim ədəbiyyatımız dünya miqyasına niyə çıxa bilmir? Layiqli əsərimizmi yoxdur, yoxsa bunun üçün mexanizm qura bilməmişik?
Nərgiz Cabbarlı: Bu məsələ ədəbi ictimaiyyətimiz arasında həmişə müzakirə mövzusu olub. Sualınız üzərində düşünəndə ilk bu qənaətə gəlirəm ki, biz son illər Azərbaycan ədəbiyyatının məhsullarını ölkədən kənara çıxarmaqdan çox dünya ədəbiyyatını Azərbaycana gətirmək istiqamətində fəaliyyət göstərmişik. Nəşriyyatlar əsasən xarici ədəbiyyatı dilimizdə tərcümə edib yayırlar. Əlbəttə, əksər tərcümələrin səviyyəsindən, yumşaq desək, razı qalmaq mümkün deyil. Biz bunun səbəblərini də bilirik, burada sifariş verilən işi ən qısa zamanda ən ucuz qiymətə başa gətirmək faktoru mühüm rol oynayır. Azərbaycan ədəbiyyatının tərcümə olunub dünyaya tanıdılmasına gəlincə, məncə, bu işin başında dövlət özü durmasa, ciddi nəticə almaq mümkün olmayacaq. Tərcümə Mərkəzi də bu işlə sistemli məşğul ola bilər. Ancaq belə görünür ki, Mərkəz də ədəbiyyatımızın xaricdə daha çox antologiyalar şəklində təqdimatına üstünlük verir...
Etimad Başkeçid: Təkcə antologiyalar deyil. Diqqət yetirsək, Mərkəzin ayrı-ayrı müəlliflərin normal tərcümə olunmuş əsərlərini də xarici ölkələrin ədəbi nəşrlərinə təqdim etdiyini aydın görərik.
Nərgiz Cabbarlı: Mən əsla Tərcümə Mərkəzinin işinə kölgə salmaq fikrində deyiləm. Sadəcə bunu diqqətə çatdırmaq istəyirəm ki, yaradıcı qurumların qarşısında duran ən vacib məsələlərdən biri də Azərbaycan ədəbiyyatının dünya xalqlarına tanıdılması olmalıdır.
Fəxri Uğurlu: Necə bilirsiniz, bu missiyanın səviyyəli icrası üçün tərcüməçi potensialımız varmı?
Nərgiz Cabbarlı: Hamıya bəllidir ki, əcnəbi dillərə tərcümə potensialımız, yumşaq desək, çox zəifdir.
Fəxri Uğurlu: Həm də böyük ədəbiyyat ölkəsi sayılan xarici ölkələrin adı bəlli universitetlərinin ədəbiyyat fakültələrində hər il öz hesabımıza bir neçə qabiliyyətli tələbə oxutsaq, bu işin öhdəsindən gələ bilərikmi?
Nərgiz Cabbarlı: Belə bir addımı atmağa yalnız dövlətin qüdrəti çatar. Bundan ötrü əlaqələrin yaradılmasından tutmuş tələbə seçimlərinə qədər işlək bir mexanizm qurulmalıdır. Ədəbiyyat duyumu olmayan bir gənci xərc çəkib ora göndərsələr də, bir fayda gətirməyəcək. Üstəlik, təhsil alandan sonra ölkəsinə qayıdan gəncin burada məhz öz təyinatı istiqamətində çalışması üçün də şərait yaradılmalıdır.
Fəxri Uğurlu: Bəli, əks halda o, təsadüfi sifarişçilərin, ona-buna kitab yazdıran baronların üzdəniraq mərhəmətinə möhtac qalacaq... Keçək bir başqa məsələyə. Nərgiz xanım, böyük bir nəşriyyatın təmsilçisi kimi sizdən soruşmaq istərdim: Qərb ölkələrindən, lap elə yaxın Türkiyənin Avropa standartlı nəşriyyatlarından bizim yazıçıların kitablarını dərc eləmək istəyən, bu məqsədlə axtarış aparan kimləsə rastlaşmısınızmı? Olubmu ki, kimsə bu məqsədlə sizdən məsləhət istəsin?
Nərgiz Cabbarlı: Biz özümüz onlara təklif verməliyik, onlar durduqları yerdə bizim ədəbiyyatımıza maraq göstərən deyillər. Xaricdə yalnız o kitab nəşr olunur ki, onun müəllifinin həmin ölkədə şəxsi əlaqələri var. Bunun da mexanizmini hamınız yaxşı bilirsiniz...
Fəxri Uğurlu: Şərif bəy, həm ötən il xaricdə kitabı çıxmış bir müəllif, həm də daha bir böyük nəşriyyatın nümayəndəsi kimi bu işlərin çözümünü siz necə görürsünüz?
Şərif Ağayar: Şübhəsiz, bu işlər, az əvvəl deyildiyi kimi, sistemli görülməlidir. Ədəbiyyatın dünyaya pərakəndə qaydada çıxışı alınmır. Sistemli olmağı üçün də Azərbaycanda sağlam ədəbi mühit yaradılmalıdır. Sizin də bir məqalədə yazdığınız kimi, dünyaya çıxmaq yox, Bakıda elə mühit yaratmalıyıq ki, dünya özü bura gəlsin. Bunun yolları çoxdur. İndiyəcən nə qədər çalışsaq da, Azərbaycan kinosunu, ədəbiyyatını yaşadığımız regionda qəbul etdirə bilməmişik. Azərbaycanda son dövrlər yazılan romanların çoxunu oxumuşam, qəti qənaətim budur ki, ən azı qonşu ölkələrdə tanıdılmağa layiq əsərlərimiz var. Bəzən cəmiyyət öz dəyərlərinə sahib çıxmaq qabiliyyətini itirir, mədəni immuniteti aşağı düşəndə öz korifeylərini belə unudur. Dünya təcrübəsindən də bilirik ki, bəzən ədəbiyyat bir milləti dərin mənəvi-siyasi böhrandan çıxara bilir. Bu mənada dövlət ədəbiyyata, onun dirçəlişinə dəstək olmalıdır.
Nərgiz Cabbarlı: Ölkəmizdə fəaliyyət göstərən nəşriyyatlar getdikcə aktivləşir, ancaq hansısa nəşriyyatın bir yazıçını kəşf eləyib ölkəyə tanıtdığının, dünyaya çıxardığının hələ də şahidi olmamışıq.
Fəxri Uğurlu: Xatırlayıram ki, sovet dövrü başa çathaçatda mərhum Aydın Məmmədovun başçılığıyla Yazıçılar Birliyinin nəzdində yaradılmış Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bir neçə gənci müxtəlif sovet respublikalarına oxumağa göndərmişdi. Təbii ki, onların tərcüməçi kimi qayıdıb ölkəsində fəaliyyət göstərməsi, Azərbaycan ədəbiyyatını öyrəndiyi dilə çevirməsi məqsədilə. Bu qırılmış ənənəni dirçəltmək olarmı? İstərdim bu suala Tərcümə Mərkəzinin nümayəndəsi Etimad müəllim cavab versin.
Etimad Başkeçid: Əvvəlcə məndən qabaq danışılanlara münasibətimi bildirmək istəyirəm. Dünyaya çıxmaq problemi ortaya atılanda mənə elə gəlir, biz atı arabanın arxasına bağlayırıq. İşin obyektiv tərəfi bundan ibarətdir ki, üstünə getdiyimiz məsələ bizim üçün hər zaman, hər sahədə aktualdır. Ancaq bu məsələnin müzakirəsi çox vaxt intellektual səviyyədə aparılmır. Necə deyərlər, əvvəlcə evin içi, sonra çölü. Öz mühitimizdə əskiklərimizi tamamlamadan dünyaya çıxmaq arzusuna düşmək gülüncdür. Hazırda bizdə ədəbi prosesi canlandıran instrumentlərin heç biri yoxdur.
Fəxri Uğurlu: Necə bilirsiniz, Yazıçılar Birliyi bir təşkilat kimi bu işin öhdəsindən gələ bilərmi? Yalnız dünyaya ayaq açmağı nəzərdə tutmuram, həm də mizan-tərəzini saz saxlamaq mənasında deyirəm.
Nərgiz Cabbarlı: Yazıçılar Birliyinin öz mətbu orqanları var, redaksiyalar adətən gələn yazıları öz arşınlarıyla ölçəndən, süzgəcdən keçirəndən sonra çapa buraxırlar. Ədəbi saytlar arabir kitabların satış reytinqini ictimaiyyətə təqdim edir. Bunların özünü də hardasa ədəbi meyarların qorunmasına kiçik bir cəhd kimi qiymətləndirmək olar.
Etimad Başkeçid: Yuxarıda dediklərimdən elə çıxmasın ki, mən ədəbiyyatımızın xarici ölkələrdə tanıdılması yollarını axtarmağın tərəfdarı deyiləm. Sadəcə nə qədər ciddi müzakirələr açsaq, ağıllı təkliflər versək belə bu məsələ çözülmür ki, çözülmür. Əhalisi, inkişaf səviyyəsi, başqa göstəriciləri bizə uyğun gələn bütün ölkələrdə bu kimi məsələlər dövlət səviyyəsində təşkil olunur.
Fəxri Uğurlu: Müzakirəyə çıxardığımız məsələlərin həlli istiqamətində Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu hansı rol oynaya bilər - əsasən də mizan-tərəzinin sazlanmasını, ədəbi dəyərlərin qorunmasını nəzərdə tuturam.
Nərgiz Cabbarlı: Ədəbiyyat İnstitutu səviyyəsində, əlbəttə, müəyyən işlər görülür. Ancaq başdan-ayağa bütün prosesləri izləmək, bütün çap məhsullarını araşdırmaq bir institutun gücü çatan iş deyil. Yazıçılar Birliyindən soruşsaq, onlar da eyni işlərlə məşğul olduqlarını deyəcəklər. Ancaq bu işlər bir-biriylə əlaqələndirilmir, uzlaşdırılmır, hərə öz çevrəsində fırlanır, odur ki, ortaya vahid planlı, strateji hədəfli iş çıxmır. Yazıçılar Birliyinin indiyə qədər dünyaya tanıtmağa çalışdığı aşağı-yuxarı eyni adamlardır, yəni belə imzalar bəlli bir dar çərçivədən kənara çıxmır. Düşünürəm ki, müzakirə olunan məsələnin həlli üçün bütün əvvəlkilərin fövqündə duran tamam fərqli bir qurum, ədəbi ictimaiyyətdə savadı, obyektivliyi şübhə doğurmayan insanlardan ibarət şuramı deyim, komissiyamı deyim, nəsə bir təsisat yaradılmalıdır. Bu da yalnız dövlətin dəstəyilə baş tuta bilər.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

